Bu gün ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam edib. ONN media xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesə jurnalistlər buraxılmayıb. Prokuror ittiham aktını elan edib. İttihamda qeyd olunub ki, 8 E sinif şagirdi E.Hacıyeva mütəmadi olaraq dərslərə gecikib, geyimi məktəbli formasına uyğun olmayıb, bundan öncə bir dəfə məktəbdə ülgüclə boğazını kəsib, şagirdlər daim Elinanı sıxışdırıb, lakin direktor Sevinc Abbasova bununla bağlı hər hansı addım atmayıb, sadəcə E.Hacıyevanın anasına şifahi məlumat verməklə kifayətlənib. E.Hacıyeva aprelin 4-də özünü məktəbin 3-cü mərtəbəsindən atandan sonra S.Abbasova təcili tibbi yardımı vaxtında çağırmayaraq, məktəblinin həyatını təhlükədə qoyub. İttihama münasibət bildirən keçmiş direktor Sevinc Abbasova isə özünü təqsirli bilmədiyini deyib. Məhkəmədə Elina Hacıyevanın anası Sevil Hüseynova və Səbail rayon icra Hakimiyyətinin birinci müavini Xalidə Bayramova ifadə verib. X.Bayramova qeyd edib ki, hadisə ilə bağlı ona məktəbin direktoru Sevinc Abbasova məlumat verib: "Sevinc Abbasova zəng edərək mənə dedi ki, 8-ci sinifdə oxuyan qız 2-ci mərtəbədən yıxılıb. Ona təşvişə düşməməyi tapşırdım. Məsələ ilə bağlı icra başçısına məruzə etdim və ondan icazə alıb məktəbə getdim. Başçı ilə danışandan sonra direktora zəng edib dedim ki, polisə xəbər verin və təcilli yardım çağırın". X.Bayramova ifadəsində qeyd edib ki, direktor ona təcili yardım çağırdıqları bildirib: "Məktəbə saat 11:01-də çatdım. Polislər orada idi. Elinanı divanda uzandırmışdılar. Direktor çox həyəcanlı idi. Gördüm ki, hələ həkim çağırılmayıb. Belə olan halda mən birbaşa Rauf həkimə zəng edib təcilli yardım göndərmələrini istədim. 4 dəqiqə sonra həkimlər gəldi". İcra başçısının müavini bildirib ki, Elina Hacıyeva çoxlu dərman içib: “Orada dedilər ki, Elina çoxlu dərman içib. Qız özü isə dedi ki, dünən 30, bu gün 60 həb atıb. O, dərman içdiyini dediyi üçün onu Toksikologiyaya apardılar. Lakin sonra zədələrini görüb “Semaşko”ya göndəriblər”. X.Bayramova onu da qeyd edib ki, Elinanın ölümünü gözlənilməz olub: "Həkimlər bizi inandırmışdı ki, Elinanı xilas ediblər”. İcra başçısının müavini bildirib ki, Elina sinif yoldaşlarından gileylənib: "Məktəbdə Elinanı ilk dəfə görəndə “ölmək istəyirəm” deyirdi. Mənə dedi ki, “bu sinif, bu uşaqlar dəhşətlidir. Bu məktəbdən getmək istəyirəm”. X.Bayramova suallara cavabında E.Hacıyeavnın anasına barışıq üçün pul təklif etmədiyini deyib: “Deyirlər ki, direktorla qohumam, “podruqa”yam. Bunlar yalandır. Mən sadəcə onlara kömək edirdim”.
Elinanın ölüm işi: hadisə necə olub? – Bayramova danışdı



Sevinc Abbasova ev dustaqlığına məhkum edildi - RƏSMİ
Elina işi: Hökmdən apelyasiya şikayəti verildi
Elinanın ölüm işi: Direktora hökm oxundu
Sevinc Abbasova ilə bağlı xəbər var
125-ci maddəyə xitam verildi - Elina işində yenilik
Elina Hacıyevanın ölümü ilə bağlı iş ALİ MƏHKƏMƏDƏ
Elinanın anasının vəsatətləri təmin edilmədi
Məktəb direktoru: “Elinanın gündəliyində "ölümümə 52 gün qalıb” yazılmışdı"
Elinanın ölümünə səbəb olan məktəb direktoru ilə bağlı QƏRAR
Nazir Elinanın məktəbinə ONU DİREKTOR TƏYİN ETDİ
Məhkəmə Elinanın valdeynlərinin şikayətini təmin etmədi - Qərar
Direktora cinayət işi açıldı – Bu gün məhkəməsi olacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 