ONN media xəbər verir ki, yay mövsümünün başa çatması və yeni dərs ilinin başlaması ilə Bakının ənənəvi tıxac problemi yenidən aktuallaşıb. Lakin bir çoxları hesab edir ki, bu tıxaclara səbəb şəhərin əsas giriş hissələrində zamansız aparılan təmir, qazıntı və yenidənqurma işləridir. Məsələn, dərs ilinin başlamasına bir neçə gün qalmış ən sıx və daim tıxac olan Xırdalan yolunda yeni kanalizasiya xəttinin çəkilişi üçün qazıntı işləri aparıldı. Bundan başqa, sentyabrın əvvəlində Sabunçu qəsəbəsində Azərbaycan Dəmir Yolları tərəfindən dəmir yolu xəttinin altından keçməklə yeni tunelin inşasına başlanıldı. Bu da sözügedən ərazidən şəhər istiqamətinə sıxlığı xeyli artırıb. Maraqlıdır, qazıntı, təmir və yenidənqurma işləri aparan qurumlar belə işlərə niyə məhz yeni dərs ili ərəfəsində start verib? Mövzu ilə bağlı yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, artıq Bakıda illərdir bu cür təmir işlərinin iş və dərs ilinin başladığı və şəhərin sıxlıq olduğu ərəfədə aparılması ənənəsi formalaşıb. Ekspertin sözlərinə görə, əslində bu cür işlər şəhərin boşaldığı, yay tətili ərəfəsində aparılmalıdır: “İstər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, istər Azərbaycan Dəmir Yolları, istərsə də “Azərsu” olsun, heç biri təmir-bərpa işləri üçün vaxt seçəndə şəhərin durumunu nəzərə almır. Sanki qəsdən bütün işlər dərs ilinin başlaması ərəfəsinə saxlanılır. Bu gün şəhərdə süni tıxacı həm də bu plansız halda görülən işlər yaradır. Məsələn, Azərbaycan Dəmir Yolları hazırda tikintisinə başladığı tunelin əsas işlərini yay ərzində də görə bilərdi ki, dərs ilinə qədər yolda bir qədər işlər səngisin, yol boşalsın. Avqust ayının sonunda yol qazıntısına başlamaq, tunel tikintisi həyata keçirmək nə deməkdir? Xüsusilə nəzərə almaq lazımdır ki, sözügedən yol intensiv yoldur, daim sıxlıq və tıxac olur. Bakı kəndlərindən mütəmadi avtobus və avtomobillər keçir o yoldan”. E.Muradlı bildirib ki, bu gün yeni dərs ilinin ilk ayından Bakının əksər istiqamətlərində sıxlığın, tıxacın yaşanmasına səbəblərdən biri də plansız fəaliyyətinin nəticəsidir: “Bu yay ayları ərzində Bakı yollarında xeyli iş görülə bilərdi. Xüsusilə nəzərə alın ki, bu yay o qədər də isti keçmədi, açıq havada işləmək üçün temperatur uyğun idi. Ancaq bunu dəyərləndirmədilər. Xırdalan şəhərinin içindən keçən yol “Ekologiya postu” adlanan əraziyə birləşir. O yol həmişə sıxlıq olur. Dərslər başlayanda isə sıxlıq və tıxac lap acınacaqlı vəziyyət alır. İndi təsəvvür edin ki, kanalizasiya xətti üçün yolun bir hissəsi qazılıb. O yoldan istifadə etməyə məcbur olanlar nə zülmlər çəkir. Bir azdan yağışlar başlayacaq, onda o yolun vəziyyəti necə olacaq?”
Bakı yollarındakı sıxlığa səbəb nədir?



Dərs ili vaxtından əvvəl başlaya bilər - Rəsmi
Yeni dərs ilinin başlanması ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndiriləcək” - General
DİQQƏT- Bu yolda hərəkət məhdudlaşdırıldı
Bakı- Sumqayıt qatarından istifadə edənlərin NƏZƏRİNƏ
Dərs ili ilə bağlı Bakı Avtovağzalı gücləndirilmiş iş rejiminə keçdi
Bakı-Sumqayıt yolu haqqında SON XƏBƏR
Sürücülərə ŞAD XƏBƏR
Dərslər senytabrın 15-i başlamayacaq – Səbəb?
Bakı-Xırdalan-Sumqayıt qatarı bu tarixdən işləyəcək - ELAN
Nazir əmr imzaladı: Polis gücləndirilmiş rejimə keçir
Bakıda yollar iflic oldu
Yol polisindən Bakı əhalisinə MÜRACİƏT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 