Təhsil Nazirliyinin nəzdində olan ali təhsil müəssisələrinin tabeliyində 48 yataqxana binası var. Bunlardan 1265 nəfərlik tutumu olan səkkiz təmirli bina fəaliyyət göstərir. Bundan başqa, 1141 nəfərlik tutumu olan 13 təmirsiz yataqxana binası mövcuddur. Digər 27 yataqxana binasında məcburi köçkünlər məskunlaşdığı üçün tələbələrin istifadəsinə verilməsi mümkünsüzdür. ONN media xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib. Məlumatda qeyd edilib ki, yataqxanalarla bağlı gələcəkdə nəzərdə tutulmuş tədbirlər var:
“Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfindən dövlət-özəl sektor tərəfdaşlığı vasitəsilə 400 nəfərlik tələbə yataqxanasının inşası üzrə ilkin olaraq müzakirələrə başlanılıb. “Heydər Əliyev Fondu” tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitenin 1000 nəfərlik tələbə yataqxanası istismara hazırdır. O cümlədən, Lənkəran Dövlət Universitetinin 156 yerlik yataqxanası istismara hazırdır. Hazırda Gəncə Dövlət Universitetinin ümumi tutumu 792 yerlik üç yataqxanasının əsaslı təmir işləri başlanılıb, Sumqayıt Dövlət Universitetinin 264 yerlik yataqxanasının əsaslı təmiri üçün layihə-smeta sənədləri hazırlanır və cari ildə başlanması nəzərdə tutulub”. “Təhsil Nazirliyi tərəfindən Asiya İnkişaf Bankının dəstəyi ilə 2000 nəfərlik tutumu olan tələbə yataqxanasının layihələndirilməsi və tikintisi üçün dövlət-özəl sektor tərəfdaşlığı vasitəsilə özəl investisiyaların cəlb edilməsi planlaşdırılır. Bu layihə çərçivəsində ilkin olaraq üç universitetin - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Dövlət Universitetinin ərazisində sözügedən yataqxananın tikintisi nəzərdə tutulur”, - deyə nazirlikdən qeyd edilib.Tələbə yataqxanaları ilə bağlı vəziyyət açıqlandı - ÖZƏL



Bakıda yeni tələbə şəhərciyi istifadəyə verildi
BDU-nun tələbə yataqxanasının açılışı oldu
ŞAD XƏBƏR: Bir neçə universitetin tələbə yataqxanası tikiləcək
“Təhsil-Tələbə Krediti Fondu” yaradılır
Şuşada 25 min nəfər yaşaya biləcək
Tələbə krediti almaq istəyənlərin nəzərinə!
Yataqxanalarda yaşayan bu şəxslərlə bağlı yeni təklif
ŞAD XƏBƏR- Təhsil haqqını dövlət qarşılayacaq - Rəsmi
Bu universitetlərdə təhsil alan tələbələrə ŞAD XƏBƏR
Nazir müavinindən Təhsil Tələbə Krediti ilə bağlı mühüm açıqlama
BDU-dan 200 yerlik tələbə yataqxanası... - AÇIQLAMA
Xaricdə təhsil alanların sayı niyə azalıb?- ÖZƏL
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 