“Biz yeni yataqxananın tikintisinə 3 il öncə başlamalıydıq. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işlərimizi bir az gecikdirdi. Yaxın vaxtlarda yataqxana ilə bağlı inşaat işləri aparmağı planlaşdırırıq”.
Bunu açıqlamasında Bakı Dövlət Universitetinin İqtisadi-təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı deyib. Prorektor bildirib ki, yeni yataqxananın tikiləcəyi yer məlumdur:
“Universitetin tələbə şəhərciyi kompleksi var, “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında, kooperativ binalarına yaxın olan yerdə, Şərifzadə və Mirəli Seyidov küçələrinin kəsişən yerindədir, yəqin ki, orada inşa olunacaq. Orada 200 yerlik yataqxana planlaşdırılır. Yeni yataqxananın ödənişli olub-olmaması ilə bağlı indidən nəsə demək çətindir. Yəqin ki, bu tikinti dövlət hesabınadırsa, ödənişli olmaz, amma ola bilər ki, kiçik məbləğdə ödəniş nəzərdə tutulsun. Biz özümüz də SSRİ vaxtında yataqxanada qalarkən illik ödənişlər edirdik. Bu barədə vaxt yetişəndə danışmaq daha doğru olar. Şəhərsalma qaydaları ilə bağlı sənədləşdirmə prosedurunu başa çatdırmalıyıq”.
Nəbi Ramazanlının sözlərinə görə, bəzən yazışma prosesləri tikinti prosesindən daha çox vaxt aparır:
“Tikintiyə başlasaq, ən geci il yarıma işi başa çatdırmaq mümkündür. Biz yalnız layihəni hazırlamışıq. Layihəni ekspertizaya təqdim etmişik, ekspertizadan keçdikdən sonra biz tender elan edə bilərik. Yeni qaydalar var. Bizim layihə 3-5 il əvvəl layihələndirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sonradan yarandığı üçün həmin qaydaları yeniləmək istəyir. Ekspertizadan keçdikdən sonra layihəni 2-3 ay ərzində tenderə çıxara bilərik. Yəqin ki, tenderə çıxarma 2022-ci ildə mümkün olacaq”.



Tələbə yataqxanaları ilə bağlı vəziyyət açıqlandı - ÖZƏL
Bakıda yeni tələbə şəhərciyi istifadəyə verildi
Azərbaycanlıların qaldığı yataqxana sökülür
Bakıda yataqxananın dam örtüyü çökdü - 17 MƏCBURİ KÖÇKÜN AİLƏSİ...
BDU-da 2 prorektor İŞDƏN ÇIXARILDI
Mingəçevirdə yataqxananın tavanı çökdü
BDU-nun tələbə yataqxanasının açılışı oldu
Prorektorlar işdən çıxarılıb? - BDU-dan AÇIQLAMA
"Qarabağ" universitetinin tələbələri təqaüd alacaq?
Məcburi köçkünlər yataqxanadakı mənzillərini satışa çıxarıblar? - Rəsmi AÇIQLAMA
Bakıdakı bu binalar söküləcək- Əvəzində isə...
Zəngilanda hava limanı tikiləcək - Prezident AÇIQLADI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 