2019-cu il şəhər nəqliyyatının inkişafı, xüsusən də ictimai nəqliyyat sektorunda ciddi dəyişikliklər ili olacaq. Qarşıdakı aylarda vətəndaşlarımız bu müsbət dəyişiklərin real şahidi olacaqlar.
ONN media xəbər verir ki, bunu azvision.az -a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Qurum rəsmisi bildirib ki, yeni alınan 300 avtobusun artıq 200-ə yaxını Bakıya gətirilib. “Gətirilən avtobusların hamısı 12 metrlik avtobuslardır. Çatdırılma prosesi davam edir. Avtobusların gətirilməsi ilə yanaşı, onların istismara veriləcəyi xətlərin müəyyənləşdirilməsi istiqamətində çox ciddi işlər gedir. Vətəndaşlardan daxil olan müraciətlərin də burada böyük rolu olacaq. İlkin mərhələdə ən çox narahatlıq doğuran xətlərin dəyişdirilməsi planlaşdırılır”. M.Ağayev, həmçinin qeyd edib ki, yeni optimallaşdırma işləri çərçivəsində bəzi marşrut xətlərinin ləğvi, yenilərinin təşkili planlaşdırılır. “Digər bir istiqamət avtobusları idarə edəcək sürücülərin işə qəbuludur. Sizin vasitənizlə müraciət edirəm ki, müvafiq sürücülük vəsiqəsi olanlar və qanunvericiliklə qoyulan tələblərə cavab verən vətəndaşlarımız sürücü kimi işə qəbul olunmaq üçün” BakuBus” MMC-yə müraciət edə bilərlər”. BNA rəsmisinin sözlərinə görə, qarşıdakı aylarda bizi gözləyən ən mühüm yeniliklərdən biri də kart sisteminə keçidin tamamlanmasıdır: “2020-ci ilin yanvarın 1-ə qədər Bakıda ictimai nəqliyyatda kart sisteminə keçid təmin olunacaq. Ümumiyyətlə, ətraf ərazilərdə yaşayanlar daha müasir və keyfiyyətli şərnişindaşıma xidmətlərindən istifadə edəcəklər. Uzun zaman sərnişindaşıma xidmətlərinin təşkilində ətraf ərazilərdə yaşayan sakinlərə olan münasibət tamamilə müsbət mənada dəyişdiriləcək”.BNA-dan YENİLİKLƏR



Bakıya 12 metrlik avtobuslar gətiriləcək
Bakıya yeni avtobuslar gətirilib
Bakıya yeni avtobuslar gətirildi - FOTOLAR
Bakıya yeni avtobuslar gətirilir
Bakı avtobuslarında “təyyarə rejimi” – BNA-dan açıqlama
"Bakı Kart" işlədənlərə ŞAD XƏBƏR
BNA-dan aşkar olunan qanunsuzluqlarla bağlı açıqlama
Bakıya daha 320 avtobus gətiriləcək
Bakıya yeni 18 metrlik avtobuslar gətirildi
Bakıda bu marşrutların xəttinin hərəkət istiqaməti dəyişdirilir
Köhnə avtobusların aqibəti necə olacaq?
Sərnişinlərin NƏZƏRİNƏ- Marşrut xətti ləğv edilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 