Dövlət sifarişi əsasında və ödənişli təhsil forması üzrə yerlərə qəbul olan abituriyentlərin bal göstəriciləri arasındakı fərq nəzərə alınaraq, ödənişli təhsil alanlar üçün ali məktəblər tədris proqramında dəyişiklik aparmalı, onları bir qədər genişləndirilmiş proqram əsasında hazırlamalıdırlar. ONN media bildirir ki, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) 2018-2019-cu tədris ili üçün tələbə qəbulu ilə bağlı elmi-statistik təhlilində yer alıb. DİM-in araşdırmalarına əsasən, abituriyentlərin imtahan fənlərinə cavablarının təhlili özəl ali təhsil müəssisələrinə qəbul olanların göstəricilərinin dövlət ali təhsil müəssisələrinə qəbul olanların göstəricilərindən aşağı olduğunu göstərir. Belə nəticə göstərənlər sonradan birinci kursun tədris proqramını mənimsəməkdə çətinlik çəkirlər: "Ona görə də özəl ali təhsil müəssisələri birinci kurs tələbələri üçün genişləndirilmiş tədris proqramları hazırlamalı və həmin proqramları tədrisin intensivləşdirilməsi hesabına həyata keçirməlidirlər. Eyni zamanda, dövlət sifarişi əsasında və ödənişli təhsil forması üzrə olan yerlərə qəbul olan abituriyentlərin bal göstəriciləri arasındakı fərq nəzərə alınaraq, ödənişli təhsil forması üzrə qəbul olanların təhsil üçün ödədiyi vəsaitin bir hissəsi onların müasir təhsil standartları səviyyəsində hazırlığına yönəldilməlidir". Təhlildəki məlumatlara əsasən, dövlət sifarişi əsasında ayrılan yerlərə qəbul olan abituriyentlərin hazırlıq səviyyəsi ödənişli təhsil forması üzrə qəbul olanlardan əhəmiyyətli dərəcədə yüksəkdir: "Ötən tədris ili üzrə aparılmış qəbulun nəticələrinə görə, ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında ayrılmış yerlərə və ödənişli təhsil forması üzrə ayrılmış yerlərə qəbul olanların bilikləri arasında ən az fərq hər iki bölmədə IV ixtisas qrupundadır. Ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında ayrılmış yerlərə və ödənişli təhsil forması üzrə qəbul olanların fənlər üzrə cavablarının ortastatistik göstəriciləri arasında ən böyük fərq hər iki bölmə üzrə II ixtisas qrupuna daxil olan fənlərə cavablarında müşahidə olunur. Bu ixtisas qrupunda ödənişli təhsil forması üzrə qəbul olanların cavablarının göstəriciləri dövlət sifarişi əsasında qəbul olanların cavablarından Azərbaycan bölməsində 1.47-2.04, rus bölməsində isə 1.46-1.96 dəfə aşağıdır. Ümumilikdə götürdükdə, dövlət sifarişi əsasında ayrılmış yerlərə qəbul olan orta statistik abituriyentin bal göstəricisi ödənişli təhsil forması üzrə ali təhsil müəssisəsinə qəbul olan orta statistik abituriyentin bal göstəricisindən 1.51-1.55 dəfə yüksəkdir”.
DİM-dən ödənişli təhsil alanların NƏZƏRİNƏ



DİQQƏT- Bu tələbələr pulsuz təhsil alacaq
1481 nəfər ödənişsiz təhsil alacaq
42062 nəfər tələbə adı qazandı
Azərbaycanda 15 yaşında uşaq tələbə oldu
Ali məktəblərə ixtisas seçimi başlayır
Universitetə qəbul olanların DİQQƏTİNƏ!
Bu mövzular qəbul imtahanından çıxarılıb
150 bal toplayanların NƏZƏRİNƏ
Ali məktəblərdə hazırlıq qrupları yaradılır - Qəbul necə aparılacaq?
ŞAD XƏBƏR- Təhsil haqqını dövlət qarşılayacaq - Rəsmi
Baş nazir təhsillə bağlı qərarda dəyişiklik etdi
Azərbaycanda bu tələbələrin köçürülməsinə yol verilmir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 