Baş Nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu şərtləri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
ONN media xəbər verir ki, qərar “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli fərmanının 3.4-cü bəndinə əsasən və Təhsil Nazirliyinin təklifini nəzərə alaraq imzalanıb.
Qərarda deyilir: "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 962) ilə təsdiq edilmiş “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri”nin 5-ci hissəsi aşağıdakı redaksiyada verilsin: “5. Bu Şərtlərin 2.1-ci, 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulmuş təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulunun aparıldığı ixtisaslar və ixtisaslar üzrə keçid balı hər il aşağıda müəyyən olunmuş keçid ballarının minimum və maksimum hədləri əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla Mərkəz tərəfindən müəyyən edilir:
2 5.1. Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme)
25-35; 5.2. Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education) – C və ya B (müvafiq üç imtahan fənni üzrə);
5.3. Yüksək yerləşdirmə (Advanced Placement) – 3 və ya 4 (müvafiq üç imtahan fənni üzrə).”. ( Publika.az)



Əli Əsədovdan yeni QƏRAR: Bu qurumlar...
Baş nazirdən təhsillə bağlı — MÜHÜM QƏRAR
Əli Əsədov təhsillə bağlı QƏRAR İMZALADI
Nazirlər Kabineti Prezidentin Fərmanı ilə bağlı bir sıra qərarlara dəyişiklik etdi
Tələbə təqaüdlərinin təyin olunması və ödənilməsi ilə bağlı QAYDALAR DƏYİŞDİ
İlham Əliyev fərman imzaladı
İlham Əliyev 2 fərman imzaladı
Baş nazirdən YENİ QƏRAR
Nazirlər Kabineti bu sənədlərin məxfiliyini açdı
Azərbaycan vətəndaşlarına bu sənəd 2022-ci ildə veriləcək
İlham Əliyev fərman imzaladı
Baş nazirdən QƏRAR: Yeni publik hüquqi şəxs yaradıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 