Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur ailəsi ətrafında gedən müzakirələrə münasibət bildirib. ONN media xəbər verir ki, Zümrüd Yağmur qızı Selcanın atası haqda məlum yazısını onun tövsiyəsi ilə yazmadığını bildirib. Baş verənlərə Feysbuk hesabındakı paylaşımı vasitəsilə aydınlıq gətirən Zümrüd Yağmur qeyd edib: “Nə baş vermişdi? Bir gənc zorbalıqdan yazmışdı. Mən bunu edərdimmi? Yox! Çünki görünür mən özüm də, deyildiyi qədər sağlam və güclü deyilmişəm. Selcanın yazmasını istərdimmi? Yox. Çünki “haqq” deyib haqsızlıq edənin, “bəlkə topluma bir yararı olar” düşüncəsindəydim, amma Selcan “evdə zorba olan yürütdüyü siyasət də zorba olacaq, onda cəmiyyətə fayda olmaz” düşüncəsində idi. Məni illərin təcrübəsi “müdrikləşdirmişdi”, Selcanın cəsarətini isə hələ həyat qəlibləşdirməmişdi. Mən özümü aldada bilirdim, Selcanı isə yox. O, həqiqətin düz üzünə baxırdı”. Daha sonra Zümrüd Yağmur əlavə edib: “Vay namus əldən getdi” deyənlər özünüzün etdiyinə baxın. Zorbalığı, şiddəti öz mənafeyinə və ya kor-koranə müdafiə edənlər siz hansı namusdan danışırsınız? Güzgüyə baxın, kimliyinizi, zehninizdəki əxlaqsızlıq fantaziyalarını etiraf edib sonra danışın. Öz profilində paylaşdığı fotoları tirajlayıb böyük cümlələr quranlar, bəlkə siz özünüzlə daha səmimi olasınız. Aman Allah bu ölkədə nə qədər məsum” insanlar varmış? Selcanı Nərmin Şahmarzadə ilə şərab içməkdə linç edənlər ucuz adamlarla ucuz kafe köşələrində ucuzluq edib ailəsinin yanına gəlib yalan danışanlar, Nərminin hətta mən belə məlum yanaşmasını qəbul etməsəm də, o sizdən səmimidir. Bəli, mən onun məlum fikirlərini bölüşmürəm, amma fikir onun fikridir və mən onu linç edə bilmərəm. Ey müsəlmanlar, həzrəti Əli döyüşdə üzünə tüpürən əsgəri öldürmədi, “bu qisas olar, cihad yox” dedi. Bu böyüklükdən çox aşağısınız, özünüzə gəlin”. Əlavə edək ki, Fuad Qəhrəmanlının qızı Selcan Yağmur atasını anası və onu fiziki zorakılığa məruz qoymaqda ittiham etmişdi.
Mən özümü aldada bilirdim, Selcanı yox... - Zümrüd Yağmurdan daha bir AÇIQLAMA



Zümrüd Yağmur qızının atası haqqında dediyi sözlərə münasibət bildirdi
Fuad Qəhrəmanlının qızının zorlanması işini baş prokuror nəzarətə götürdü
Fuad Qəhrəmanlı barışmaq istəyir? - Vəkildən açıqlama
Zümrüdün Fuaddan boşanma işində son durum
Qızı Fuad Qəhrəmanlıdan imtina etdi və DƏHŞƏTLİ FAKTLARI AÇDI
Nadir zümrüd tapıldı - 55 min dollar
1 mart Zümrüd Axundovanın doğulduğu gündür
Beynəlxalq müşəhidəçilərdən seçki ilə bağlı açıqlama
Fəhlələr 300 milyon dollarlıq zümrüd tapdılar – 272 kq
"Deyirdi, Sənay mənim bacımdır" - Təcavüz qalmaqalı
SON DƏQİQƏ: Fuad Qəhrəmanlıya cinayət işi açıldı - 2 MADDƏ İLƏ
Flora Kərimova nəvəsini itirdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 