Xalası qızı Sənay Yağmuru zorlamaqda şübhəli bilinərək həbs edilən Əsgər Ağayevin anası Sürəyyə Ağayeva səslənən iddialarla bağlı danışıb.
ONN media xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən S.Ağayeva bildirib ki, həmin gün bacısı Zümrüd ona zəng edərək qızı Sənayın çöldə qaldığını, getməyə yeri olmadığını deyib: “Mənə dedi ki, Əsgərə denən evə getsin, Sənay orada qalsın. Həmin vaxt Əsgər layihə yazırdı, Zümrüdə dedim ki, özün zəng elə, danış. Onlar danışıblar, Əsgər də deyib ki, gəlib qalsın. Bizim evin birinci mərtəbəsində ancaq mətbəx yerləşir, ikinci mərtəbədə yataq otaqlarıdır.
Onların şikayətindən sonra da Əsgərlə danışdım. Dedi ki, Sənayla aralarında heç bir yaxınlıq olmayıb. Deyirdi o, mənim bacımdır, bacım olaraq da qalacaq. Səhər də durub gülə-gülə kofe içiblər. Sonra Sənay deyib ki, onlayn konfransa qoşulmalıdır, ardınca da hotelə gedəcəyini deyib. O gedəndən sonra Əsgər ona zəng edərək evdən çıxdığını deyərək gəlib-gəlməyəcəyini soruşub. Qız da hələ işi olduğunu deyib. Bu olanlar ötən il avqustun 24-də olub, Zümrüdgil avqustun 27-də şikayət etdilər".
“Baş prokurorun nəzarəti altında iş araşdırılsa da, heç bir hərəkət yoxdur” - Zümrüd Yağmur
S. Ağayeva deyir ki, istintaq vaxtı Sənay və Əsgərin telefonundan 3 aylıq zəng və mesaj tarixçələri götürülüb: "Onların arasında bir dəfə də zəngləşmə, mesajlaşma aşkar olunmadı. Polis də, prokurorluq da işi dəfələrlə, uzun müddət araşdırdı. Cinayət olmadığı üçün iki dəfə işə xitam verildi”.
Əsgər Ağayevin anasının sözlərinə görə, oğlu da ona böhtan atıldığını deyir: “Məndən soruşurlar ki, bacı bacıya necə şər ata bilər? Deyirəm ki, əgər qız ataya, ana öz ərinə şər atırsa, mənim oğluma niyə şər atmasınlar?”
Xatırladaq ki, Sənay Yağmur oktyabrın 12-də sosial şəbəkədə açıqlama yayaraq xalası oğlu Əsgər Ağayev tərəfindən içkisinə narkotik qatıldıqdan sonra zorlandığını iddia edib. Əsgər Ağayev Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirləndirilərək məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.



Əsgər Ağayevin şikayəti təmin edilmədi
Sənaya təcavüzdə ittiham olunan xalası oğlu SAXLANILDI
Fuad Qəhrəmanlının qızının zorlanması işini baş prokuror nəzarətə götürdü
Öldürülərək quyuya atılan 4 yaşlı qızın atası danışdı
İttiham olunan Aşıq Namiq danışdı: "Xanım yeddi-səkkiz aydır mənə deyir ki.."
Röya Ayxan ilk dəfə müğənni xalası qızı ilə
Əsir əsgərlərimiz nə vaxt qayıdır? - Əsgər anası
Bakıda arvadını öldürən polis qətldən sonra intihar etmək istəyib - YENİ TƏFƏRRÜAT
“Təcili yardımın çağırılmasını istədim, direktor mənə hirsləndi” - "Elina işi"
Azərbaycanda 9 aylıq hamilə qadını intihara sövq edən DƏHŞƏTLİ FAKTLAR
Pərvin Abıyeva tanınmış məmurdan danışdı: "Zəng edib dedi ki...
"O, başdanxarabdır, anası dəlixanada da yatıb"- Nazpərinin qardaşından ağır sözlər
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 