Biz nəqliyyat sahəsinə böyük diqqət göstəririk. Çünki vətəndaşların rahatlığı hər şeydən üstündür. ONN media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı zamanı səsləndirib. Dövlətimizin başçısı qeyd edib ki, ən müasir avtobuslar alınır, nəqliyyatla və təhlükəsizliklə bağlı çox ciddi tədbirlər görülür. Bu işləri davam etdirmək lazımdır. Şəhərimizin hər bir yerində ən yüksək səviyyəli nəqliyyat şəraiti yaradılmalıdır. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, son illərdə nəqliyyat parkının müasirləşdirilməsi, sərnişinlərin müntəzəm marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsini təşkil etmək məqsədilə bir sıra layihələr icra olunub. Bu layihələrdən biri də ictimai nəqliyyat sistemində yenilik olan Nəqliyyat Mübadilə mərkəzlərinin - HUB-ların yaradılmasıdır. Bu konsepsiyada əsas məqsəd sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi, şəhərdə nəqliyyatın mobilliyinə nail olunması, Bakının mərkəzi hissəsində nəqliyyat sıxlığının aradan qaldırılmasıdır. Bu layihənin icrası vətəndaşların rahatlığı ilə yanaşı, sərnişindaşımada təhlükəsizlik baxımından da mühüm rola malikdir.
Ölkə başçısı - Vətəndaşların rahatlığı hər şeydən üstündür



İlham Əliyev və xanımı “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında
BNA-dan təqdirəlayiq addım
Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi nəvaxt açılacaq?
"Koroğlu"da avtobus dayanacaqlarının yeri dəyişdirilir
“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verilib
Bakıda yeni marşrut xətti açılır
199 saylı marşrutdan istifadə edənlərə ŞAD XƏBƏR
Bu marşrutların hərəkət xətti dəyişdirildi
Bakıda avtobus dayanacağının yeri dəyişdirildi - NİYƏ?
Bugün metro işləməyəcək- RƏSMİ
Bakıda 130-dan çox küçədə YENİLİK
3 marşrutun hərəkət istiqaməti dəyişir - Sərnişinlərin NƏZƏRİNƏ!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 