Əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılması baxımından vacib məqamlardan biri də şəhər nəqliyyatının əlçatan olmasıdır. Bakı Nəqliyyat Agentliyindən ONN media -ya verilən məlumata görə, əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə fiziki mühit və nəqliyyat xidmətlərdən istifadəsinin təmin olunması məqsədi ilə dövlət başçısı tərəfindən Bakı Nəqliyyat Agentliyi qarşısında müvafiq tapşırıqlar qoyulub. Ötən dövrdə qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı bir sıra layihələr icra edilib. Prezidentin əlilliyi olan vətəndaşlarımıza yönəlik sosial siyasətin tərkib hissəsi olan bu tədbirlər şəhərimizin nəqliyyat sistemində bir ilk olaraq dəyərləndirilməkdədir. Nəqliyyatda müyəssərliyin təmin olunması ilə bağlı ilk addım “BakuBus” MMC-nin yaradılması və bu çərçivədə əlilliyi olan şəxslərin xüsusiyyətlərinə uyğun avtobusların gətirilməsi ilə atıldı. İlkin mərhələdə şəhərimizdə 300 belə avtobus var idisə qısa zamanda bu tip nəqliyyat vasitələrini sayı 500-ə çatdırıldı. Ölkə başçısının avtobus parkının yenilənməsi məqsədi ilə imzaladığı müvafiq sərəncama əsasən alınan 300 ədəd müasir avtobusları da əlavə etdikdə bu rəqəm daha da artmış olur. Müyəssərliyin olması sərnişin avtobusları üçün müəyyən olunan tələblərdə əsas faktor olaraq göstərilmişdir. Nəqliyyatda əlçatanlıqdan danışarkən diqqət yetirilməli olan vacib məqamlardan biri də piyada infrastrukturunun uyğun olmasıdır. Bu məqsədlə piyada səkilərində eynisəviyyəli piyada keçidlərində pandusların quraşdırılmasına başlanıldı. Son statistikaya əsasən hazırda Bakı şəhərində 130-dan küçə və prospektdə 2000-nə yaxın pandus quraşdırılıb. İlkin mərhələdə bu işlər mərkəzi küçə və prospektlərdə icra olundu. Hazırda mərkəzdən kənar ərazilərdə, əlilliyi olan şəxslərin daha çox üz tutuğu sosial reablitasiya mərkəzləri ətrafında uyğun şəraitin yaradılması istiqamətində iş aparılır. Pandusların üzərində gözdən əlil şəxslər üçün yola yaxınlaşma barədə xəbərdaredici səthlər (taktil döşəmə) və yan hissələrində piyadaların piyada keçidindən istifadəsini stimullaşdıracaq və təhlükəsizliyini artıracaq məhəccərlər quraşdırılıb. Dövlət başçısının əlçatanlıqla bağlı Agentliy qarşısında qoyduğu tapşırıqların icrası çərçivəsində reallaşdırılan daha bir layihə isə görmə imkanları məhdud vətəndaşlarımızla bağlıdır. Artıq 5 küçədə piyada səkisi boyunca taktil döşəmələri vurulub. Şəhərimizin ictimai nəqliyyat sistemində yenilik hesab edilən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində də müyəssərlik tam formada təmin edilib. İstər perronlarda, istərsə də park ərazisində taktil döşəmələr vurulub. Gözdən əlil vətəndaşların rahatlığı baxımından vacib olan məsələlərdən biri də xüsusi səs siqnalları ilə təchiz edilən svetoforlar quraşdırılmasıdır. Ötən dövrdə Bakı Nəqliyyat Agentliyi tərəfindən şəhərin müxtəlif yerlərində əsasən isə bu qəbildən olan vətəndaşların daha çox istifadə etdiyi küçələrdə səsli svetoforlar quraşdırlıb. Bakı Nəqliyyat Agentliyi eyni zamanda sosial məsuliyyət layihələri çərçivəsində də əlilliyi olan şəxslər üçün nəqliyyat xidmətlərinin əlçatan olması üçün tədbirlər həyata keçirir. Bu mənada Azərbaycan Milli Paralimpiya Komitəsi arasında anlaşma memarandumunun imzalanmasını vurğulamaq istərdim. Sənədə əsasən Agentlik Komitənin təşkil etdiyi idman tədbirləri və yarışlar zamanı idmançıları ehtiyac olan nəqliyyat vasitəsi ilə ödənişsiz təmin edir. 10-15 may 2019-cu il tarixləri ərzində ölkəmizdə keçirilən beynəlxalq “Bakı 2019 Qran-Pri” yarışında xarici və yerli idmançıların nəqliyyat vasitəsi ilə təmin edilməsi BNA tərəfindən icra edilib. Bundan əlavə hər il müxtəlif əlil təşkilatlarından fiziki imkanları məhdud şəxslərin müxtəlif tədbirlərə daşınması ilə bağlı müarciətlər daxil olur ki, onların da hər biri müsbət cavablandırılıb.
Bakıda 130-dan çox küçədə YENİLİK



İlham Əliyev qanun imzaladı
Əlilliyi olan şəxslərin hüquqları haqqında qanun təsdiqləndi
Baş nazir əlillərlə bağlı yeni qaydaları təsdiqlədi
Bu şəxslərlə bağlı VACİB QƏRAR
Çernobıl əlillərinə birdəfəlik maddi yardım verildi
Azərbaycanda bu sözlər ləğv ediləcək
Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək
Azərbaycanda bu şəxslər üçün bütün dövlət qurumlarında iş yeri kvotası yaradılır
Baş nazirdən əlilliyi olan şəxslərlə bağlı MÜHÜM QƏRAR
Əlillik statusu ilə bağlı yenilik
Yeni normalar təsdiqləndi: BUNDAN SONRA...
Əlillərin bu işlərə cəlb edilməsinə yol verilməyəcək - QƏRAR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 