Sosial şəbəkələrdə “Təzə Bazar” adlanan satış mərkəzində vəhşi təbiətdən götürülmüş heyvanların saxlanması və satışı ilə bağlı yayılan məlumat 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Bunu jurnalistlərə ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib. ONN media xəbər verir ki, araşdırma zamanı “Təzə Bazar”da 1 yenot, 4 kirpi və 2 tısbağanın satıldığı müəyyən edilib və heyvanlar satışdan çıxarılıb. Satışla məşğul olan şəxsin kimliyinin müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbir görülməsi üçün Nəsimi Rayon Polis İdarəsinə müraciət olunub.
Yenot ETSN-nin Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib. Baytar həkimlərin nəzarəti altında müayinə olunaraq reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq. Digər heyvanlar isə vəhşi təbiətə buraxılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbiətə və heyvanlara həssas münasibət göstərdiklərinə görə ictimaiyyət nümayəndələrinə və bütün təbiət sevənlərə təşəkkürünü bildirir.Satışa çıxarılan yenot Altıağac Milli Parkına təhvil verildi



Qonur ayının aqibəti necə oldu?
Həyətdə saxlanılan qonur ayının aqibəti necə olacaq?
Murad Arifin evinə həqiqətən ayı girib?
Şəkini "qarışdıran" ayı indi haradadır? - RƏSMİ AÇIQLAMA
Nadir heyvanlar vəhşi təbiətə buraxıldı
Bu bazar parklara giriş pulsuz olacaq
Bakıda ağaclar kəsildi, nazirlik hərəkətə keçdi
Muxtar Babayevdən YENİ TƏYİNAT
Ağac kəsən şirkət cərimələndi
16 ədəd qovaq ağacının kəsildiyi aşkar edildi - FOTO
ETSN-dan ağacların kəsilməyinə münasibət
Milli Parkdakı ceyran güllələnib?
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 