Avqustun 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Şahdağ Milli Parkının İsmayıllı bölməsində nadir heyvanların vəhşi təbiətə buraxılması mərasimi keçirilib.
ONN media xəbər verir ki, mərasim zamanı nəcib marallar, Dağıstan turu və tirəndazlar xüsusi seçilmiş təbii ərazilərə buraxılıb.
Qeyd edilib ki, 2022-ci ildə Leyla Əliyevanın iştirakı ilə Şahdağ Milli Parkında xüsusi ayrılmış yerdə adaptasiya dövrü keçməsi üçün buraxılmış 4 nəcib maral populyasiya yolu ilə artaraq 10 başa çatıb. IDEA İctimai Birliyi tərəfindən bu populyasiyaya əlavə olaraq Bakı Zooloji Parkından daha 2 nəcib maral əraziyə köçürülərək onların ümumi sayı 12 başa çatdırılıb. Beləliklə, tədbir çərçivəsində 12 nəcib maral, eləcə də Bakı Zooloji Parkında çoxaldılaraq böyüyən 10 tirəndaz və 3 Dağıstan turu vəhşi təbiətə buraxılıb.
Diqqətə çatdırılıb ki, Bakı Zooloji Parkının əsas fəaliyyət istiqamətlərindən biri də Azərbaycanın nadir və nəsli kəsilməkdə olan fauna növlərinin çoxaldılması və sayının bərpa edilməsidir. Şahdağ Milli Parkında vəhşi təbiətə buraxılan heyvanlar da IDEA İctimai Birliyi, Bakı Zooloji Parkı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə layihəsi olan “Biomüxtəlifliyin inkişaf etdirilməsi” layihəsi çərçivəsində çoxaldılıb. Layihənin əsas məqsədi ölkəmizin nadir və nəsli kəsilməkdə olan fauna növlərini, o cümlədən Azərbaycanın “Qırmızı kitabı”na daxil edilmiş heyvanları çoxaldaraq, onların tarixi areallarını bərpa etmək üçün vəhşi təbiətə buraxılmasıdır.
Həmçinin bildirilib ki, IDEA İctimai Birliyinin uğurlu layihələrindən biri də “Zubrların Azərbaycana reintroduksiyası” proqramıdır. 2019-cu ildən etibarən Qafqazda nəsli kəsilmiş zubrun təbiətə qaytarılması üzrə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Zooloji Parkı və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən bu proqram çərçivəsində ölkəmizə Avropanın müxtəlif yerlərindən zubrlar gətirilir. Proqramın uğurlu icrası nəticəsində Azərbaycanda zubrların sayı artıq 70 başa çatmaq üzrədir.
Bu cür layihələr Azərbaycanın biomüxtəlifliyinin zənginləşdirilməsində mühüm rol oynayır. Layihənin təşkilatçıları Azərbaycan ictimaiyyətini nadir heyvanların qorunması, sayının artırılması və qanunsuz ovlanmasının qarşısının alınması istiqamətində fəal olmağa çağırır



Bakı Zooloji Parkına girişin QİYMƏTLƏRİ
Prezident və xanımı Zooloji Parkın açılışında
Şahdağ Milli Parkında daha bir zubr balası dünyaya gəldi
Prezidentlə ailəsi zooparkın açılışında - FOTOLAR (YENİLƏNDİ)
Bakı Zooparkındakı şirin balası doğuldu
Satışa çıxarılan yenot Altıağac Milli Parkına təhvil verildi
Azərbaycana daha 5 zubr gətirildi
Bakı Zooloji Parkı açıldı, ilk ziyarətçiləri şəhid övladları oldu
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 