Bakının mərkəzində yerləşən "Royal" musiqi alətləri mağazası dələduzluqda ittiham edilir. ONN media xəbər verir ki, "Facebook" istifadəçisi olan şikayətçi mağazada satıcıların müştəriləri aldatdıqlarını bildirir: “Mənə məşhur, orijinal Almaniya istehsalı kimi təqdim etdikləri "Johannes Sailer" pianosu tər-təmiz Çin məhsulu imiş. Eyni zamanda, həqiqətən, Almaniyanın məşhur "Sailer" brendinin markasının adından istifadə edirmişlər. ABŞ istehsalı dedikləri "Kohler and Campbell" pianosu, Koreya mənşəli "Samick" firmasının İndoneziya zavodlarından çıxmış məhsuldur. "Ritmüller" və "Kayserburg" da Çin istehsalı imiş. Məsələ Çin və ya başqa ölkələrin mallarına yuxarıdan aşağı baxmağımda deyil. Ancaq bu mağaza açıq-aşkar Çin malına Almaniya, ABŞ məhsulu adı qoyur. Pianino 200-300 manatlıq bir şey deyil, 5-15 min, hətta 30 min manatlıq məbləğdən söhbət gedir”. Məsələ ilə bağlı mağazadan "Report"a bildirilib ki, hazırda pianino bazarında böyük rəqabət var: “Mən əmin edirəm ki, bu, rəqib mağazanın sifarişli şikayətidir. Şikayəti olan şəxs birinci mağazaya yaxınlaşıb narazlığını bildirərdi. Biz də ona sənədi-sübutu təqdim edərdik. Son bir ildə və ondan əvvəl bizə belə mövzuda şikayət edən olmayıb. Əminliklə deyirəm ki, bu, qərəzli bir şikayətdir”.
Məşhur mağaza dələduzluq edirmiş?



Azərbaycanda minik və yük avtomobillərinin istehsalı dayanmaq üzrədir
Avtomobil bazarında son durum - Qiymətlər...
Bu il sənayenin qeyri-neft sektorunda istehsal 7,6% artıb
Azərbaycanda kompüter istehsalı artıb - Son rəqəmlər açıqlandı
Yeni 10 manatlıq əsginaslar BELƏ OLACAQ
Bakıda uşaqların çox sevdiyi məşhur konfetin içindən iynə çıxdı
Azərbaycanda mebel, geyim, içki istehsalında artım var
Bakıda benzin istehsalı artıb
Azərbaycanda kompüter istehsalı artıb
“Araz” da erməni istehsalı olan şokolad satır?
Azərbaycanda benzin istehsalı artdı
Məşhur müğənni övladını itirdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 