Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-avqust aylarında 31,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,8 faiz, neft sektorunda isə 0,6 faiz artıb.
ONN media bildirir ki, bu barədə Dövlət Statistika Komitəsindən Trend-ə məlumat verilib.
Sənaye məhsulunun 73 faizi mədənçıxarma sektorunda, 22,3 faizi emal sektorunda, 4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 0,9 faiz, əmtəəlik qaz hasilatı isə 0,5 faiz artıb.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 32 dəfə, elektrik avadanlıqlarının istehsalı 3,0 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,8 dəfə, tütün məmulatlarının istehsalı 2,6 dəfə, mebel istehsalı 2,1 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 63 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 54 faiz, tikinti materiallarının istehsalı 31,7 faiz, əczaçılıq məhsullarının istehsalı 20,2 faiz, hazır metal məmulatlarının istehsalı 18,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 13,4 faiz, içkilərin istehsalı 9,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 1,0 faiz, geyim istehsalı 0,5 faiz artıb, qida məhsullarının istehsalı 1,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri, kompüter, elektron və optik məhsulların, rezin və plastik kütlə məmulatlarının hər birinin istehsalı 9,6 faiz, maşın və avadanlıqların istehsalı 16,0 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 61,7 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,4 faiz artıb.



Bu il sənayenin qeyri-neft sektorunda istehsal 7,6% artıb
Azərbaycanda məşğul əhali nə qədərdir?
Azərbaycanda nə qədər işsiz var?
Azərbaycanda benzin istehsalı artdı
Azərbaycanda istehsal edilən avtomobillərin sayı artdı
İçki və siqaret istehsalı nə qədər artıb?
Azərbaycanda kompüter istehsalı artıb - Son rəqəmlər açıqlandı
Azərbaycanda bu işçilərin maaşları artıb
Qida məhsullarının istehsalı artıb
Muzdla çalışanların sayı artıb?
Bu il qida məhsullarının istehsalı artıb
Azərbaycanda nə qədər muzdlu işçi var?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 