Qazaxıstan Azərbaycana yeni səfir təyin edib. Qazaxıstanın Azərbaycandakı səfirliyindən ONN media-ya verilən məlumata görə, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin fərmanına əsasən, Abdıkerimov Serjan Oralbayeviç Qazaxıstanın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunub. Müvafiq qərarla, o Qazaxıstanın Çexiya və Slovakiyadakı səfiri vəzifəsindən azad olunub. S. Abdıkerimov 1993-1998-ci illərdə Abay adına Almatı Dövlət Universitetində təhsil alıb. Diplomatik fəaliyyətini 1998-ci ildə Üçüncü departamentin Avropa və Amerika idarəsinin referenti qismində başlayıb. Bundan öncə o, Qazaxıstanın Cənubi Koreya, Avstriya, Böyük Britaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb, ölkəsinin Bolqarıstandakı müvəqqəti işlər vəkili vəzifəsini icra edib. Ailəlidir, rus və ingilis dillərində sərbəst danışır. Qazaxıstanın “Kurmet” ordeni, Ukraynanın “Zəhmət və Şücaət” medalı və Qazaxıstanın bir neçə hökumət və yubiley medalları ilə təltif edilib.
Prezident fərmanı: Azərbaycana yeni səfir təyin edildi



Qazaxıstanın Azərbaycandakı səfiri yeni vəzifəyə təyin olundu
Qazaxıstanın ölkəmizdəki səfiri Azərbaycanı tərk edib
Qazaxıstanın keçmiş müdafiə naziri saxlanılıb
Milli Məclisin Sədri Qazaxıstan səfiri ilə görüşdü
Tokayev onu XİN başçısı təyin etdi
Nazarbayevdən SON DƏQİQƏ açıqlamaları: sükutu pozdu - Yerini açıqladı - VİDEO
İlham Əliyev Qazaxıstanın yeni Prezidentinə zəng etdi
Qazaxıstanın bu şəhərində də atışma davam edir
İlham Əliyev Qazaxıstanın Parlament Məclisinin sədrini qəbul edib- YENİLƏNİB
Çavuşoğludan Qazaxıstan açıqlaması
Qazaxıstanda bütün ölkə üzrə fövqəladə vəziyyət elan edildi
Müslüm Maqomayevin mahnıları Almatıda səslənəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 