Milli Məclisin Sədri Qazaxıstanın Bakıdakı səfirini qəbul edib Bu gün Məclisin Sədri Sahibə Qafarova Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov ilə görüşüb.
ONN media xəbər verir ki, spiker qonağı salamlayaraq, Azərbaycanın dost Qazaxıstanla əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Görüşdə qardaş ölkələrimiz arasında dostluq münasibətlərinin əsasının ulu öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev tərəfindən qoyulduğu qeyd olunaraq, hazırda bu siyasətin Azərbaycanın və Qazaxıstanın dövlət başçıları tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Spiker Sahibə Qafarova vurğulayıb ki, ikitərəfli münasibətlərimiz parlamentlər səviyyəsində də yüksələn xətlə inkişaf edir. O, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının əməkdaşlığını təqdir edib. Bildirilib ki, deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında mütəmadi görüşlərin keçirilməsi tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir. Spiker TÜRK PA çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov xalqlarımız arasında münasibətlərin qədim tarixi olduğunu deyib. Bildirilib ki, iqtisadi, mədəni, humanitar sahələrdə də əməkdaşlığımız uğurla inkişaf edir. Səfir Azərbaycanın şanlı Qələbəsinin regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət etdiyini bildirib. Qonaq iki ölkənin deputatlarının müxtəlif platformalarda görüşlərinin, qarşılıqlı səfərlərinin önəmini vurğulayaraq, Qazaxıstanın Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini bildirib.
Görüşdə pandemiya, regionda baş verən hadisələr və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.



Sahibə Qafarovanın Qazaxıstana rəsmi səfəri başladı
Sahibə Qafarova litvalı həmkarı ilə görüşüb
Sahibə Qafarova Albaniyanın Baş naziri ilə görüşüb
Sahibə Qafarova Zurabişvili ilə görüşdü
İlham Əliyev Qazaxıstanın Parlament Məclisinin sədrini qəbul edib- YENİLƏNİB
Qafarova Latviya parlamentinin sədri ilə görüşdü
Sahibə Qafarova AKP nümayəndə heyəti ilə görüşdü
Prezident İlham Əliyev Nursultan Nazarbayevə telefonla zəng edib
İlham Əliyev Nursultan Nazarbayevə zəng elədi
Sahibə Qafarova Manlio Di Stefano ilə görüşdü
Sahibə Qafarova Rusiyada mühüm iclasda
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 