ONN media xəbər verir ki, Amerikada aparılan araşdırmalar göstərib ki, ağacdan hazırlanan taxtalar təhlükəsizdir. Türkiyəli qida Mühəndisi Emir Kaboğlununs sözlərinə görə, plastik kəsmə löhvələri xərçəng yaradır: "Taxta kəsmə lövhələrinin səthi bakteriyaları taxtanın içinə doğru çəkir. Təkrar istifadədə isə bu bakteriyalar içəriyə həbs olur. Xüsusilə salmonella kimi ölümcül bakteriya növünə diqqət etmək lazımdır. Plastik doğrama lövhələrdə isə belə deyil. Bakteriyaların çoxu səthdə yığılır. Xüsusilə bıçaq izlərindən dolayı aradakı boşluqlara yerləşən bakteriyalar yuyulsa da, yenə tam təmizlənmir. Odur ki, plastik doğrama lövhələrindən istifadəni tövsiyə etmirik.
Plastik qabların zərərlərini bilməyən yoxdur. Hətta yeməkləri mümkün olduqca şüşə qablarda almaq istəyirik. Ucuz plastik doğrama lövhələrində hər hansı məhsulu doğrayan zaman qopan hissələr birbaşa qidaya qarışır. Yəni kanserogen maddələri öz əllərimizlə ərzaqlara qatırıq. Odur ki, plastik taxtalardan uzaq durun". Mütəxəssis sonda əlavə edib ki, ağacdan hazırlanmış kəsmə lövhələri isti su və şampunla yumaq lazımdır. İstifadə etdikdən sonra dərhal yuyun, qidanın üstündə qurumamasına diqqət edin. Ət, toyuq xüsusilə soyuducudan yeni çıxmış ət məhsullarını kəsdikdən sonra lövhəni yumadan heç nə kəsməyin. Köhnəlmiş, kif basmış, deformasiya olmuş ağac lövhələri yenisiylə dəyişdirin. Həftədə ən az 1 dəfə taxta lövhələrə az miqdarda su səpərək 5 dəqiqə mikro dalğalı sobada saxlayın.(publika)Hər mətbəxdə olan bu əşya xərçəng yaradır - Məşhur qida mütəxəssisindən XƏBƏRDARLIQ



Plastik oyuncaq almayın
Britaniya Azərbaycanın bu qərarını alqışladı
Plastik qablardan istifadə QADAĞAN EDİLDİ - 1300 MANAT CƏRİMƏ
Plastik butulkaları təkrar istifadə etməyin!
Estoniyada plastik tullantılardan yol çəkildi
Bu plastik məhsullara vergi tətbiq olunacaq - YENİ QANUN
Dünya bunlardan imtina edir
Plastik torbaların ödənişli olmasının səbəbi nədir?
Daha bir ölkə plastik paketlərdən imtina etdi
Bu ölkə plastik paketlərdən imtina edir
Ölkədə plastik məhsullar qadağan olunur
Bunu edənlər 5 min manat cərimələnəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 