Estoniyanın paytaxtında Avropada ilk dəfə plastik tullantılardan yol çəkilib.
ONN media azərtac-a istinadən xəbər verir ki, Tallin küçələrinin birində piyada keçidi plastik tullantılardan hazırlanmış yol örtüyü ilə üzlənib. Şəhər rəhbərliyi bunu hazırda dünyanı narahat edən plastik tullantıların düzgün istifadəsi istiqamətində atılmış əhəmiyyətli addım hesab etdiyini bildirib. Şəhər rəhbərliyinin bu addımı bütün Avropa ölkələri tərəfindən alqışlanıb. Sözügedən məhsul Şotlandiya şirkətlərindən biri tərəfindən hazırlanıb. Tədqiqatlar göstərib ki, bitumla qarışdırılmış bu məhsul uzunömürlüdür. Təbii ki, bu məhsul istilik dərəcəsi +30-u keçməyən ölkələr üçün daha uğurludur. Maraqlı faktlardan biri də odur ki, bir kilometrlik yolun çəkilməsinə təxminən 684 min plastik butulka və ya 1,8 milyon birdəfəlik plastik paket sərf olunur.Estoniyada plastik tullantılardan yol çəkildi



Şəhərdə YENİLİK- Gediş haqqı...
Daha bir ölkə plastik paketlərdən imtina etdi
Bunu edənlər 5 min manat cərimələnəcək
Plastik torbaların ödənişli olmasının səbəbi nədir?
Ölkədə plastik məhsullar qadağan olunur
Britaniya Azərbaycanın bu qərarını alqışladı
Bu plastik məhsullara vergi tətbiq olunacaq - YENİ QANUN
Nazirlik məişət tullantılarını yandıranlara qarşı reydlərə başladı
Plastik qablardan istifadə QADAĞAN EDİLDİ - 1300 MANAT CƏRİMƏ
Bu ölkə plastik paketlərdən imtina edir
Dünya bunlardan imtina edir
Bunu edən şəxslər 100 DOLLAR CƏRİMƏLƏNƏCƏK
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 