Adətən qız övladının doğulmasına görə qadınlara “irad” tuturlar. Lakin qadının burada heç bir “günahı” yoxdur. Bioloji nöqteyi nəzərdən gələcək uşağın cinsini ana deyil, ata “təyin edir”. Bu nə deməkdir? Bildiyimiz kimi, insan orqanizminin irsi məlumatları (dəri, gözlərin, saçların rəngi və s.) xromosomlar daşıyır. Cinsi xromosomlar X və Y olur. XX – qadın, XY – kişi fenotipidir. Kişi cinsi hüceyrələri olan spermatozoidlər X və ya Y xromosomu daşıya bilər. Qadın cinsi hüceyrəsi olan yumurta hüceyrəsi yalnız X xromosomu daşıyır. Əgər yumurta hüceyrəsini X xromosomu daşıyan spermatozoid tərəfindən mayalandırarsa qız (XX), Y xromosomu daşıyan spermatozoid mayalandırarsa oğlan uşağı (XY) dünyaya gələcək.
Bəs bunu qabaqcadan proqnozlaşdırmaq mümkündürmü? Təbii ki, tam mümkün deyil. Lakin... ONN media bildirir ki, Aberistuit Universitetinin (Böyük Britaniya) alimləri çoxlu sayda statistik və genetik materialları təhlil etdikdən sonra belə nəticəyə gəliblər ki, bir neçə bacısı və bibisi olan kişilərin daha tez-tez qız övladları və əksinə nəsildə kişilər çox olanlarda (qardaşlar, əmilər) daha tez-tez oğlan övladları dünyaya gəlir. Bundan əlavə alimlər aşkar ediblər ki, 1-ci və 2-ci qan qrupu olanlarda qız övladlarının dünyaya gəlməsi ehtimalı daha çoxdur.(sağlamolun.az)Bu kişilərin yalnız qız övladları dünyaya gəlir



Kişilər arasında Covid-19 a yoluxan niyə çoxdur?
Sevgi kişi üçün nə deməkdir?
Ani ölümə bu tip insanlar meyillidir
Xərçəngin genetik səbəbləri üzə çıxdı
Yumurtadan çıxmamış cücələrin cinsiyyəti necə bilinəcək?
"Hər dünyaya uşaq gətirən ana, hər ətək geyinən qadın deyil" – Nigar Ögeday yazır
Anadan övlada ötürülən xəstəliklər – SİYAHI
Xuraman Şuşalı: “Kişi evdən çıxdısa, sənin deyil”
Qaçırılan körpə 55 ildən sonra tapıldı və...
Azərbaycanda kişi 3 qızını və arvadını evdən qovdu - ŞOK SƏBƏB
Azərbaycanda evdə döyülən kişilərin sayı açıqlandı
Möhtəşəm qadının 9 SİRRİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 