Uşaqlar valideynlərində nəinki xarici görünüş, göz, saç rəngi, təəssüf ki, bir çox xəstəlikləri də "hədiyyə" alır. Genetiklər bildirir ki, xüsusən anadan uşağa keçən tipik qadın xəstəlikləri, eləcə də sırf atadan övlada keçən kişi xəstəlikləri vardır. Burda nə ananın, nə uşağın rolu, günahı yoxdur. Eləcə də qız-oğlan fərq etmir, oğlan uşaqlarına da anadan bir sıra xəstəliklər ötürülür. ONN media medician.az -a istinadən ananızdan sizə miras qalan xəstəliklərin siyahısını təqdim edir.
- Miqren - tipik qadın xəstəliyidir. Kişilərdə də varsa deməli anasından ötürülüb. Statistika göstərir ki, miqren 80% hallarda anadan keçmiş iris xəstəlikdir. Bir gen vardır ki, onun işi pozulanda ətraf aləmdən beyinə qıcıqlandırıcı siqnallar gedir. Eləcə də miqren estrogen və progesteronun dəyişməsi ilə, azalıb yüksəlməsi ilə bağlı ola bilər. - Bəzi onkoloji xəstəliklər - ilk növbədə süd vəzi, uşaqlıq və yumurtalıq xərçəngi anadan qıza ötürülə bilir. Bu 100% demək deyil. Amma risk var. Araşdırmalar göstərib ki, 15% hallarda qızlara onkoloji xəstəliklər anadan və ya nənədən - qadın xəttindən ötürülmüş olur. - Bədən quruluşu, anomaliyalar və vərdişlər Yəqin eşitmisiz, uşaq üçün deyirlər, elə bil anasının burnundan düşüb. Sübut olunub ki, ana gəncliyində nə qədər yaxşı bədən quruluşu, hündür boylu olubsa, onun qızı 50% bu bədən quruluşunu təkrarlaya biləcək. Əgər ana uşaqlıqda piylənməyə meyilli idisə, 50% halda onun uşaqları da eyni halı yaşayacaq. Alimlər bildirir ki, əgər ana və ata hər ikisi uşaqlıqda artıq çəkili olubsa, uşaqları 70% halda artıq çəkili olacaq. - Depressiya və psixi pozğunluqlar Ruhi, nevroloji, psixi pozuntular ata və anadan, 30% hallarda anadan keçir. Depressiv, melanxolik ananın eyni özü kimi övladının doğulması riski çoxdur. Bu məsələdə günahkar serotonin hasilini azaldan xüsusi genlərdir. - Erkən klimaks Normal halda klimaks 45-50 yaşdan sonra başlayır. Lakin bəzi hallarda hətta 35 və bundan da erkən yaşda klimaks keçirən qadınlar olur. Əgər ana, nənə xətti erkən klimaks keçiribsə, onların qızları da 85% halda bu problemlə üzləşəcək. - Ürək-damar xəstəlikləri İnsanın ölümünə ən çox səbəb olan bu xəstəliklər 20% halda irsi keçir. - Allergiya Burda ana, yoxsa ata xəttinin rol oynadığını söyləmək çətindir. Əgər hər iki valideyndən birində ciddi allergiya varsa, onların övladının allergik olması riski 40% artır. Hər ikisi allergikdirsə, deməli, 80 faiz uşaq da allergik doğulacaq.Anadan övlada ötürülən xəstəliklər – SİYAHI



Qızdırmanın 5 BİLMƏDİYİNİZ SƏBƏBİ - Tək soyuqdəymə deyil!
Azərbaycanda bu xəstəliklər tam ləğv edilib
Kişilər arasında Covid-19 a yoluxan niyə çoxdur?
Stressin yaratdığı xəstəliklər bunlardır
Bu il uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Jurnalistlər pulsuz müayinədən keçiriləcək
Azərbaycanda qızılcaya yoluxanların rəsmi SAYI AÇIQLANDI
Onkoloji xəstəliklər gələn ildən icbari tibbi sığortaya cəlb ediləcək
Hər gün qatıq yeyərək bu xəstəlikdən SIĞORTALANIN
Diş əti xəstəlikləri erkən doğumla nəticələnə bilər
Rütubətli havada kəskinləşən xəstəliklər - SİYAHI
Əhalidə daha çox hansı xəstəlik aşkarlanıb?- AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 