Bütün İmamların (ə) ən üstün sifəti - mehriban olmaqları idi. İmam (ə) və peyğəmbərlərin (ə) ən böyük vəzifəsi - cəmiyyəti idarəetmə işlərini həyata keçirməkdir. İmam Rzanın (ə) nəzərinə görə, əmir elə bir insan olmalıdır ki, hamı, xüsusilə də aşağı təbəqələrin ona sözün həqiqi mənasında əli çatsın. Ona istəklərini deyə bilsinlər. İnsanlarla əmir arasında sıx rabitə olmalıdır. İmam Rzanın (ə) nəzərinə görə, dövlət, mehriban ata kimi olmalıdır. Əziz İmam (ə) bu sözləri deyərkən, onu nəzərdə tutur ki, əmir - mehriban və insanları sevən bir insan olmalıdır. İnsanlar onun mehribanlığını hiss etməlidirlər. Ona görə də Məsum İmamlar (ə) xalq içinə tez-tez çıxar və onlarla söhbət edər, bir yerdə yemək yeyərdilər. İmam Rza (ə) xidmətçilərinə buyururdu ki, süfrə başında tox olana qədər yemək yeməmiş qalxmayın, hətta mən sizi çağırsam belə. İmamlar (ə) o qədər sadə insanlar idi ki, onları adi insanlardan fərqləndirmək olmurdu. Bir gün İmam Rza (ə) hamama gedir və orada bir nəfər ondan xahiş edir ki, onun üçün su töksün. İmam (ə) da gülər üzlə bu işi böynuna götürür və həmin şəxs üçün su tökür. Bu zaman İmamı (ə) tanıyan bir şəxs hamama daxil olur və bu mənzərəni görən zaman həmin şəxsi danlamağa başlayır. Ona deyir: "Özünü məhv etmisən! Necə qıymısan ki, Peyğəmbər (s) övladını özünə xidmətçi tutasan?". Bu sözlərdən qorxan həmin şəxs, peşman halda dedi: "Ey Peyğəmbər (s) övladı! Nə üçün mən sizə əmr verilən tonla müraciət etdim, siz bu işi görməkdən imtina etmədiniz?". İmam (ə) buyurur: "Bu işin savabı vardır və mən də savabı olan işdə sənə itaətsizlik etmək istəmədim". İmam Sadiq (ə) buyurur: "Ən üstün əmir o kəsdir ki, ona üç sifət verilmiş olar: mehribanlıq, səxavət və ədalətlilik".
Bütün İmamların (ə) ən üstün sifəti



Möminin niyyəti, onun əməlindən üstündür
Azərbaycanda qadınlar da dini ayin icra edə biləcəklər
Ruzinin artmasına təsir qoyan əməllər
Azərbaycan məscidlərində bir ilk
Ürəyimizin yorğunluğunu necə aradan qaldıraq?
İmamoğlundan seçki sonrası ilk açıqlama
Kimlər məsumdur və 14 məsum kimlərə deyilir?
Axırəz-zamanda eşidiləcək 3 nida
Nəfsin islah edilməsi vacibdirmi?
İmam Zaman ağanın (ə) neçə cür elmi vardır?
Nə qədər ki, yer üzündə zülm, ədalətsizlik, haqsızlıq var.... CAVİD İSMAYIL YAZIR
Məscidlərdə monitorinqlər aparılır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 