Azərbaycanda insanların məscidlərdəki dini ayinlərdə iştirakı ilə bağlı monitorinqlər aparırıq. ONN media xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M.Qurbanlının sözlərinə görə, aparılan monitorinqlər göstərir ki, Azərbaycan əhalisinin təxminən 7-8 faizi dini ayinlərini məscidlərdə icra edir: “Bakının 134 məscidində aparılan monitorinqin nəticələri də eyni statistikanı verir. Amma bu, o demək deyil ki, ölkədə əhalinin dini inancları fərqlidir və ya dini ayinləri icra etmir. İnsanlar dini ayinləri, adətən, öz evlərində edir və onların dini ayinləri harada icra etməsi şəxsi seçimləridir. Burada heç bir məcburiyyət yoxdur və heç kim irad tuta bilməz”. Komitə sədri əlavə edib ki, hazırda bütün məscidlərdə Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi imamlar fəaliyyət göstərir: “Vəhdət namazı qılınan məscidlərdə isə iki imam təyin olunur və onlar da növbəli şəkildə bu namaza rəhbərlik edirlər. Elə məscidlər var ki, orada imam, onun köməkçisi və ya mütəvəlli var. Bu gün Bakıda təyinat olmayan məscidlər, demək olar, yoxdur. Bəzilərinin sənədlərində müəyyən problemlər var, lakin çalışırıq ki, onlar da qanuni fəaliyyət göstərsinlər”.
Məscidlərdə monitorinqlər aparılır



Dini Komitə Ramazan ayı ilə əlaqədar tədbirlər planı hazırlayıb
Azərbaycanda qadınlar da dini ayin icra edə biləcəklər
Məhərrəm ayı bu tarixdə başlayacaq
Əli Əsədovdan Dövlət Komitəsi ilə bağlı QƏRAR
Bu komitə sədri vəzifəsindən azad olundu
Bayram namazlarının məscidlərdə qılınmasına icazə veriləcək?
Azərbaycan məscidlərində bayram namazı qılındı
Məscidlərdə ianələr belə toplanacaq
Prezident dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI
ABŞ-ın din xadimləri Ağdam və Şuşaya səfər edib
Azərbaycanın məscidlərində bayram namazı qılınıb
Azərbaycan məscidlərində bir ilk
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 