Havalar soyuduqca respirator viruslar, eləcə də qrip ştamları aktivləşir. Viruslara yoluxmamaq üçün nə etmək lazımdır? ONN media medican.az -a istinadən bəzi məsləhətləri təqdim edir. 1.Əllərinizi tez-tez yuyun
Çox sadə, banal səsələnsə də əllərini tez-tez yumaq viruslara qarşı effektiv metoddur. 80% infeksion xəstəliklər toxunma yolu ilə keçir. Yəni insan virus daşıyıcısı olan insana, o insanın toxunduğu əşyalara, məsələn nəqliyyatda tutacaqlar, qapılar, oturacaqlardan əlləri ilə virusu yaxalayır. Sonra əllərlə göz, ağız, burnuna toxunub zərərli mikroorqanizmləri daxilə keçirir. Ona görə çöldən evə gələn kimi, eləcə də ofisdə iş saatlarında hər 1 saatdan bir əllərinizi sabunla yusanız, xəstələnmək riski xeyli azalacaq. Əllər sabunla 30 saniyə sürtülməlidir, sonra yuyulmalıdır. Daha sonra qurudulmalıdır. Əgər su yoxdursa, yanınızda 60% li spirt saxlayıb, əllərinizi və masanızı gündə 3 dəfə dezinfeksiya edin. 2. Antiseptik sprey alın Bunlar aptek və mağazalarda satılır. Əgər işdə kimsə xəstələnibsə və siz o adama yaxınsızsız, birinci növbədə o da, siz də qoruyucu maska taxmalı, daha sonra bu spreylə hər 30 dəqiqədən - 1 saatdan bir əllərinizi, masanı silə bilərsiz. Ətrafdakılar sizə paranoik kimi baxsalar da, qrip viruslarından qorunmağın yolu budur. Viruslar müxtəlif əşyaların səthində bir neçə saat yaşaya bilir. 3. Müxtəlif bitki və ədviyyatlı çaylar için Viruslar burun və ağızla daha çox keçdiyi üçün orqanizm onunla mübarizə üçün burun axıntısını gücləndirir. Ona görə xəstələnəndə burun axması normaldır. Sizin vəzifəniz bacardıqca bu suyun yaranmasını artırmaqdır, bu da yalnız isti maye, çay və acılı bir qida qəbulu ilə mümkündür. Ona görə zəncəfil, darçınlı çay, istiot qəbulu lazımdır. 4. Əlavə vitaminlər qəbul edin Qriplə mübarizədə immuniteti gücləndirmək üçün ən lazımlı vitaminlər D və C vitaminidir. Əgər sizdə bu 2 vitaminin defisiti varsa, tez-tez xəstələnəcəksiniz. Analiz verib bu vitaminlərin orqanizmdə kifayət olub-olmadığını təyin edin və defisit aşkar olunduqda həkimin məsləhəti ilə vitaminləri qəbul edin. 5. Peyvənd etdirin Adi zökəm, soyuqdəymə, respirator xəstəliklərdən peyvənd yoxdur. Çünki onun törədicisi 200 adda virusdan biri ola bilər. Amma konkret qrip ştamlarına qarşı peyvəndlər var, bir neçə ildən bir bu peyvəndlər yenilənir, gücləndirilir. Qripdən qorunmaq üçün sentyabr ayından artıq vaksin vurdurmalısız. Bunun üçün özəl klinikalara müraciət edə bilərsiz. Vaksini oktyabrın 15-nə vurub bitirmək lazımdır. Qrip vaksini 6 aylıqdan 70 yaşa kimi hər kəsə oluna bilər. 6. Qidalanmanızı dəyişin İmmuniteti qaldırmağın yolu qidalanmadan keçir. Tamdəyərli qidalanma, meyvə-tərəvəzləri qəbulu çox vacibdir. Xəstələnsəm, nə edim? Əgər qrip və zökəm varsa, özünüzü və ətrafdakıları qorumağın yeganə yolu həkimdən arayış alıb, evdə qalmaqdır. Bu ən azı 3 gün olmalıdır. Əgər mütləq işə getməlisizsə, maska, spirt, dezinfeksiyaedici məhlul özünüzlə olsun. Ən yaxın kolleqa sizdən 1 metr yarım aralı olmalıdır. Kütlə arasında çox gəzməyin, uşaqlara toxunmayın. Asqırıq və öskürəyi salfet və ya dəsmala edin. Dərhal əllərinizi spirtləyin. Metro, avtobusda qorunmaq üçün fikir verin, xəstəhal, burun suyu axan kimsə varsa, ondan ən azı 2 metr aralı dayanın. Pəncərəyə yaxınsızsa, aralayın, təmiz hava gəlsin. Nəqliyyatdan çıxan kimi əllərinizi dezinfeksiya edin. Natri xlor və ya burun yumaq üçün olan dəniz suyu alıb, hər gün 3-5 dəfə burnunuzu yuyun.İşdə və nəqliyyatda qripə yoluxmamaq üçün nə etməli? - Qrip mövsümündə TƏLİMAT



Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun bir nömrəli düşmənini AÇIQLADI
Əhaliyə koronavirusla bağlı tövsiyələr... - Bunlara əməl edin!
20 ildir viruslara qarşı işləyən həkimdən VACİB XƏBƏRDARLIQ - SÜRƏTLƏ YAYILACAQ
Dermatoloqlardan VACİB XƏBƏRDARLIQ
Koronavirusdan necə qorunmalı? - TÖVSİYƏLƏR
Azərbaycanlı həkimdən koronavirusdan müdafiə ilə bağlı TÖVSİYYƏLƏR
Ev şəraitində ANTİSEPTİK SPREY hazırlayın - Ucuz və effektli VİRUS əleyhinə vasitə
TƏBİB-dən alış-verişlə bağlı çağırış
Növbədə gözləmə qaydaları AÇIQLANDI
Hamilə qadın qripdən ÖLDÜ
Korona əlaməti hiss etdikdə bu dərmanı için – Həkim
Azərbaycanda təhlükəli qrip var?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 