ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) əl yumanı koronavirusun yayılmasının qarşısını alan ən təsirli vasitə kimi tanıyır.
ONN media xəbər verir ki, əllərin yuyulması adi nüans kimi görünsə də, ÜST təmiz əllərin koronavirus infeksiyası riskini azaltmağın ən təsirli yollarından biri olduğunu qəbul edib. Təəssüf ki, insanların 95 faizi əllərini səhv yuyur. Ekspertlər açıqlayıb ki, əlləri yumaq əslində bir elmdir!
Alimlər gigiyena vərdişlərini necə müəyyənləşdirdi?“Journal of Environmental Health” jurnalında dərc edilən məqalədə göstərilib ki, amerikalı elm adamları ictimai tualetlərdə insanların gigiyenik qaydaları necə həyata keçirdiklərini izləyib. Nəticədə 3749 nəfər qeydə alınıb. Müvafiq məkana gələn hər üç nəfərdən biri əlini yuyarkən sabun istifadəsini zəruri saymayıb, 10 nəfərdən biri isə ümumiyyətlə başını qürurla qaldıraraq çanağın yanından keçib.
Qadınlar kişilərə nisbətən daha səliqəli davranıb, 77,9% hallarda sabundan istifadə edib, kişilərin isə yalnız 50,3%-i.Ümumilikdə ABŞ-da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi tərəfindən aparılan onlarla araşdırma da bu nəticəyə gəlib ki, əllərin hərtərəfli yuyulması hətta ən təhlükəli xəstəliklərin yayılmasının qarşısını ala bilər. Və bu yalnız respirator koronavirusu deyil, həm də sətəlcəm və kəskin ishal ilə müşayiət olunan xəstəliklərdir. Odur ki, yalnız əlləri yumaqla gündə minlərlə insanın həyatını xilas edə bilərsiniz.
Əllərin yuyulmasının 5 qızıl qaydası
1. Ən azı 20 saniyə əllərinizi yuyun. Unutmayın ki, əllərinizi yuyarkən saniyələr sürətlə getmir, odur ki, ölçülmüş sürətlə hesablamalısınız. Və beləliklə minimum iyirmiyə qədər sayın.
2. Yalnız ovcunuzu deyil, həm də hər iki əlinizin də arxa hissəsini yuduğunuza əmin olun.
3. Tualetdən istifadə etdikdən, burnunuzu sildikdən, hər öskürəkdən və ya asqırıqdan sonra əllərinizi mütləq yuyun.
4. Yeməkdən əvvəl, yemək zamanı və sonra əllərinizi yuyun.
5. Xəstə insanlarla danışdıqdan dərhal sonra əllərinizi yuyun. Məsələn, qrip virusu səthdə 5-10 saniyə yaşaya bilir. Bu müddət ərzində əllərinizi yumamısınızsa, virusun daşıyıcısısınız və onu başqalarına da yoluxdura bilərsiniz.
Yadda saxlayın ki, antiseptik məhlullar əlləri yumaq qədər təsirli deyil. Onların effektiv olması üçün tərkibi ən az 60% spirt olmalıdır, odur ki, ÜST əl yuma məsələsini mütləq prioritet sayır.(publika.az)



Əlləri yumaq dezinfeksiyaedici vasitələrdən üstündür
Dermatoloqlardan VACİB XƏBƏRDARLIQ
Heyvanlar koronavirusu insanlara ötürə bilərmi?
Baş infeksionistdən XƏBƏRDARLIQ: İnsanlar virusun daha çox yayılmaması üçün...
Koronavirusun ən vacib simptomu budur
Dırnaqlarınızı sağlam saxlamağın yolu
Koronavirusun 9 yeni simptomu
Rezin əlcək koronavirusdan qoruyur? - ÜST AÇIQLADI
Koronavirusla bağlı son statistika
ÜST-dən Qarabağ və Şərqi Zəngəzurla bağlı AÇIQLAMA
Ümumdünya Səhiyyə Təşkilatı ŞAD XƏBƏRİ AÇIQLADI
Bu ölkədə koronavirusa yoluxma kəskin artdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 