Bu il sentyabrın 1-dən dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində hüquqşünaslıq ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərci 23 faizə qədər artırılıb.
ONN media axar.az -a istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında əksini tapıb.
Başqa sözlə, bu ixtisas üzrə bakalavriat səviyyəsində təhsilalanlara düşən təhsil xərci 1620 manatdan 2100 manata, magistratura səviyyəsində 1680 manatdan 2180 manata qaldırılıb.
Ali məktəblərin bakalavriat səviyyəsində müalicə işi və hərbi həkim işi ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci 17 faizə qədər artırılaraq 4500 manatdan 5400 manata çatdırılıb. Tibbi profilaktika, əczaçılıq və stomatologiya ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci də 17 faizə qədər artırılıb və 4000 manatdan 4800 manata yüksəlib.
Magistratura və rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərci isə daha çox - 29 faizə qədər artaraq 4000 manatdan 5600 manata çatıb.



Bakalavriat və magistraturada təhsil xərcləri artırıldı
Bu universitetdə maaşlar artırıldı
Tələbələrə BÖYÜK MÜJDƏ - Təqaüdlər kəskin artırıldı
Magistratura və rezidenturada oxuyanların təhsil haqqı müəyyənləşdi
Bu tələbələrə ŞAD XƏBƏR: pulsuz yemək və geyim veriləcək - QƏRAR
Təhsil haqları artırılır? - AÇIQLAMA
ATU -nun işçilərinə ŞAD XƏBƏR
Magistratura səviyyəsində yeni ixtisas
Bu gün neçə tələbə dərsə başlayıb?
Nazirlər Kabineti qərar verdi
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - MÜHÜM SƏRƏNCAM
Prezident “Təhsil haqqında” qanuna dəyişikliyi təsdiqləyib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 