Azərbaycan Tibb Universitetinin əməkdaşlarının maaşları artırılır. ONN media xəbər verir ki, bu haqda ATU-nun Elmi Şurasının bu gün keçirilən iclasında qərar verilib. Qərara əsasən, ATU-da çalışan əməkdaşların, professor-müəllim heyətinin sosial müdafiəsinin və maddi rifah halının daha da gücləndirilməsi məqsədilə onlara verilən vəzifə maaşları 01 sentyabr 2019-cu il tarixindən etibarən orta hesabla 10% artırılır. ATU-nun Elmi Şurasının bu qərarı "Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli Fərmanının 6-cı bəndinin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 2019-cu il 3 oktyabr tarixli Qərarı sayəsində gerçəkləşib. Həmin qərara əsasən, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində təhsil alan hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı artırılıb. Xatırladaq ki, bu il martın 1-də universitetdə çalışan bütün əməkdaşların və professor-müəllim heyətinin əlavə əmək haqqları 20% artırılmışdı. Beləliklə, bu il ərzində ATU əməkdaşlarının əmək haqqısı 2-ci dəfə artırılmış olur.
ATU -nun işçilərinə ŞAD XƏBƏR



Bu universitetdə maaşlar artırıldı
Bakalavriat və magistraturada təhsil xərcləri artırıldı
Bu ixtisaslar üzrə təhsil haqları artırıldı - SİYAHI
Yeni əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir
Tələbələrin təqaüdləri və qaydalar dəyişib
Tələbələrə BÖYÜK MÜJDƏ - Təqaüdlər kəskin artırıldı
Təhsil haqları artırılır? - AÇIQLAMA
Baş nazir təhsillə bağlı qərarda dəyişiklik etdi
Bu təhsil işçilərinin maaşı artırılır — QƏRAR
Müəllimlərin maaşları ilə bağlı YENİLİK
Dövlət imtahanı ləğv edilir?- Rəsmi
Nazirlər Kabinetindən bu universitetlə bağlı qərar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 