Laçın rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ediblər. “Möhtərəm cənab Prezident! Biz - Laçın rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğaldan qurtarılması istiqamətində apardığınız siyasəti, ölkə iqtisadiyyatını inkişaf etdirmək, xalqın sosial rifahını yaxşılaşdırmaq üçün həyata keçirdiyiniz islahatları bəyənirik və dəstəkləyirik. Siz Azərbaycanın ərazi bütövlüyünün dinc vasitələrlə bərpa etmək üçün səy göstərməklə yanaşı, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin daim artırılmasını da diqqətdə saxlayırsınız. Sizin qətiyyətli mövqeyiniz və dövlətimizin gündən-günə inkişafı biz həqiqi döyüşçüləri əmin edir ki, Dağlıq Qarabağ və ətraf 7 rayon tezliklə işğaldan azad ediləcək. Bu gün Ulu Öndərimizin müəyyənləşdirdiyi və Sizin rəhbərliyinizlə davam etdirilən yol bizim yeganə yolumuzdur. Xalqımızın Sizə etimadı və güvəni sonsuzdur. Azərbaycanın inkişafını gözü götürməyənlərin, düşmən dəyirmanına su tökənlərin, Vətənini, millətini satan namərdlərin fitnə-fəsad törətmək cəhdləri hər zaman puça çıxıb və bundan sonra da belə olacaq. Bu gün müstəqil dövlətçiliyimizi təhdid etmək niyyətinə düşənlər Sizin başçılıq etdiyiniz hakimiyyətlə, iqtidarla xalqın arasındakı birliyi, ölkəmizdəki sabitliyi, əmin-amanlığı poza bilməz! Öz Vətəninə, dövlətinə, Prezidentinə daim sadiq olan milyonlarla vətəndaşımız Azərbaycanın bu gününü və gələcəyini, ölkəmizin təhlükəsizliyini və davamlı inkişafını hər cür qəsdlərdən qorumağa qadirdir. Bizim bir yolumuz var: O da Sizin tərəfinizdən uğurla davam etdirilən ulu öndər Heydər Əliyev yoludur”. Müraciəti ümumilikdə 86 nəfər imzalayıb.
Şəhid ailələri Prezidentə müraciət etdi



Şəhid ailələrinə və müharibə əlillərinə yeni evlər verildi
Prezident şəhid ailələri və müharibə əlilləri ilə görüşdü
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verildi
Şəhid ailələri və Qarabağ əlillərinə 107 ev verildi
Prezident onlara mənzil və avtomobillər verdi - FOTO
Niyazi Bayramov şəhid ailələri və Qarabağ əlilləri ilə görüşüb
Daha 30 mənzili şəhid ailələri və Qarabağ əlillərinə təqdim edildi
Prezidentlə xanımı şəhid ailələri və müharibə əlilləri üçün yaşayış kompleksinin açılışında
Prezident əlillərə təqdim olunan avtomobili sürdü
Prezidentdən SƏRƏNCAM: Bu şəxslərə pulsuz mənzillər veriləcək
Prezident əlillər və şəhid ailələrinə 10 milyon manat ayırdı
Döyüşçülər Azərbaycan xalqının qatili Primakovun Bakıda keçirilən anım tədbirlərinə etiraz etdi - BƏYANAT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 