“20 Yanvar“ İctimai Birliyi, “Qarabağ Qaziləri“ İctimai Birliyi, Azərbaycan Qarabağ Əlilləri, Şəhid Ailələri və Veteranları Birliyi, “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına İnkişaf Fondu, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi, Təxris Olunmuş Hərbçilər İctimai Birliyi, Çernobıl Əlillər İttifaqı Bakı Slavyan Universitetində əli Azərbaycan xalqının qanına batmış Yevgeni Primakovun 90 illik yubileyinə həsr olunan tədbirlərin keçirilməsinə etiraz olaraq birgə bəyanat verib. ONN media bildirir ki, bəyanatda deyilir: “Bakı Slavyan Universiteti Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi ilə birlikdə 1990-cı ilin 20 yanvar hadisələrinin təşkilatçılarından və icraçılarından biri olan Yevgeni Primakovun anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq esse müsabiqə keçirib. Oktyabrın 15-də esse müsabiqənin qaliblərinə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində diplomlar təqdim olunub. Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi tərəfindən əlləri xalqımızın qanına bulaşmış qatilin - Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş sərgi də keçirilib. 20 Yanvar hadisələri zamanı və ondan sonrakı günlərdə 150 nəfərin şəhid olmasının, 744 nəfərin yaralanaraq əlil olmasının, 2 mindən çox vətəndaşımızın həbs olunaraq təzyiqlərə məruz qalmasının, əsas təşkilatçılarından biri olan bu cəlladın - Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi Azərbaycan xalqının heysiyyatına və şəhidlərimizin ruhuna qarşı təhqirdir. 20 Yanvar, Qarabağ şəhid ailələri və əlilləri adından müvafiq dövlət qurumlarından tələb edirik: 1.Yevgeni Primakov adlı caninin şərəfinə təşkil olunmuş sərgi dərhal dayandırılsın. 2.Bakı Slavyan Universitetinin rəhbərləri xalqımıza qarşı törətdikləri ağır cinayətə bərabər olan hərəkətlərinə görə təxirə salınmadan tutduqları vəzifədən azad edilsin. 3.Baş verən rəzalətə görə təşkilatçılar vətənin ayrılmaz hissəsi olan Qarabağ uğrunda 20 min şəhid verən Azərbaycan xalqından, o cümlədən 20 Yanvar şəhid ailələrindən və əlillərindən üzr istəsinlər“.Qaziler.az
Döyüşçülər Azərbaycan xalqının qatili Primakovun Bakıda keçirilən anım tədbirlərinə etiraz etdi - BƏYANAT



Səhiyyə Nazirliyi yanında İctimai Şuranın YENİ TƏRKİBİ
AFFA prezidentliyinə namizəd kimdir?
Bu gün AFFA-da böyük gündür
Rektorun 20 Yanvar qatilinə “sevgisi”: üzrü günahından betər...
Bu gün AFFA-ya yeni prezident seçiləcək
"SÖZbir" hərəkatından etiraz - BƏYANAT
BSU-da şok: Primakov kampaniyası başladı - Tələbələr etiraz edir
Şəhid ailələri və müharibə əlillərinə 250 mənzil verildi
"Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırıb
Şəhid ailələri Prezidentə müraciət etdi
Azərbaycan həkimləri Milli Ordumuzun yanındadır - BƏYANAT
Natiq Qasımova Milli Qəhrəman adı verilsin
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək 