Bu gün Baş nazir vəzifəsinə yeni seçiləcək şəxsi çox yaxşı tanıyıram. Əli Əsədov bir iqtisadçı kimi tamamilə işin içində olan adamdır. Hesab edirəm ki, bu çox yaxşı seçimdir. ONN media xəbər verir ki, bu fikirləri açıqlamasında sabiq Baş nazir Artur Rasizadə yeni Baş nazir təyinatı barədə danışarkən deyib. O bildirib ki, baş nazirlik heç də asan vəzifə deyil: “Novruz müəllim də ötən müddət ərzində üzərinə düşən işi yerinə yetirib. O da çox yaxşı insandır. Əslində, yeni bir söz deməyəcəm. Baş nazir vəzifəsi asan vəzifə deyil. Həm məsuliyyətli, həm də çətin vəzifədir. Çünki hər sahədən anlayışlı olmaq lazımdır. Hərbi məsələdən tutmuş ta səhiyyə, təhsil, mədəniyyətə qədər... Nazirlər Kabinetində işləməyən adamlar elə bilirlər ki, Baş nazir olmaq asandır. Ancaq heç də elə deyil. İşin içində olan adam başa düşür ki, Baş nazir vəzifəsi məsuliyyət və peşəkarlıq tələb edir”. Artur Rasizadə Əli Əsədovu təbrik edəcəyini də söyləyib: “Hələ Əli müəllimi təbrik etməmişəm. Təbii ki, edəcəm. Əli müəllimin Prezident Administrasiyasında çox böyük hörməti var”. Qeyd edək ki, artıq Milli Məclisin iclası başlayıb. İlk məsələ kimi Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatı məsələsi müzakirəyə çıxarılıb.
Elə bilirlər ki, baş nazir olmaq asandır - Rasizadə



Baş Nazir bu vəzifəli şəxsləri imtahandan azad etdi
Prezident niyə məhz Əli Əsədovu seçdi?
Baş Nazir Artur Rasizadənin imzaladığı qərarı ləğv etdi
Baş nazir qardaşına yüksək vəzifə verdi
Bu ailələrə pul ayrıldı – Sərəncam
Məmmədov polis oğlunun işdən çıxmasından danışdı
Nazir özünə yeni müşavir təyin etdi
Paşinyan baş nazir təyin edildi
Nazir İlham Pirməmmədova yeni vəzifə verdi
Gürcüstanda yeni nazir təyinatı oldu
Yunanlı nazir Türkiyəni təhdid etdi
Milli Məclisin iclası başladı: Baş nazir istefa verir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 