Bu gün Milli Məclisin gündəliyinə daxil olan 14 məsələnin birincisi Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Heydər oğlu Əsədovun baş nazir vəzifəsinə namizədliyinin təqdiqlənməsi olacaq. Bu barədə rəsmi məlumat yayılandan və Baş nazir Novruz Məmmədovun istefa verəcəyi təsdiqlənəndən sonra təhlillər başlayıb. Müzakirə isə budur: Prezident İlham Əliyev niyə Baş nazir vəzifəsinə məhz Əli Əsədovun namizədliyini irəli sürüb? Mövzu ilə bağlı danışan politoloq Fikrət Sadıqov bildirib ki, Ə.Əsədovun baş nazirliyə təqdimatı hər şeydən öncə Prezidentin qərarıdır və görünür, Prezident indiki məqamda bu təyinatı məqbul sayır: “Mənim fikrimcə də Əli Əsədov peşəkar iqtisadçıdır, inşaat məsələləri ilə məşğul olan biridir. Dəfələrlə dövlət başçısının tapşırığı ilə bir sıra inşaat obyektlərinə o rəhbərlik edib. Düşünürəm ki, bu, çox yerinə düşən bir namizəddir. Çünki Əli Əsədovla bir neçə il əvvəldən tanışlığımız var. Bilirəm ki, çox məsuliyyətli, savadlı bir şəxsdir. İqtisadçı olduğu üçün bu sahədə fəaliyyəti fayda verəcək, bu sahəni öz üzərinə götürərək, dövlət başçısına iqtisadi islahatların tətbiqində kömək olacaq. Fikrimcə, Ə.Əsədov bu sahədə müəyyən yeniliklərə də nail ola bilər”. F.Sadıqov qeyd edib ki, əslində, N.Məmmədovun təyinatı gözlənilməz sayıla bilərdi: “Novruz Məmmədov çox layiqli insandır və öz sahəsinin peşəkarıdır. Əlbəttə, keçid dövrü üçün fəaliyyətini də müsbət qiymətləndirmək olar. Ancaq indiki mərhələdə baş nazir ixtisaslı və bu sahənin peşəkarı olmalıdır və buna da qərar verilib”. Yenilənəcək...axar.az
Prezident niyə məhz Əli Əsədovu seçdi?



Milli Məclisin iclası başladı: Baş nazir istefa verir
Elə bilirlər ki, baş nazir olmaq asandır - Rasizadə
MM razılıq verdi: Yeni Baş nazir təyin edildi
“Baş Nazirdən xahiş edirəm ki…” – Əli Əsədovun təyinatı ilə bağlı kimlər nə dedi?
MM sabah toplanır- NƏ MÜZAKİRƏ OLUNACAQ?
Paşinyan baş nazir təyin edildi
Əli Əsədov gəldi: hansı dəyişikliklər olacaq?
Yeni Baş nazir ilk çıxışını etdi və MM-dən getdi: Nələr dedi?
Əli Əsədov iclas keçirdi
Nazirlər Kabineti istefa verdi
Oqtay Əsədov iclaslara niyə gəlmir?
Baş Nazir xəstəxanalarda çarpayıların sayının artırılması üçün tapşırıq verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 