Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərslik portalında (www.e-derslik.edu.az) Azərbaycan və rus bölmələri üzrə mövcud olan 2-ci sinif dərsliklərinin hamısı və hər iki bölmə üzrə 3-cü sinif dərsliklərindən 7-si olmaqla ümumilikdə 22 dərslik yeniləri ilə əvəzlənib. Nazirlikdən ONN media -ya verilən məlumata görə, hazırda məzmun və dizayn baxımından təkmilləşdirilmiş dərsliklərin elektron formatda hazırlanıb portalda yerləşdirilməsi prosesi davam etdirilir. Portalda 231 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 255 elektron vəsait mövcuddur. Portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 27-yə çatdırılıb. Nazirlikdən bildirilib ki, elektron dərslik portalı ölkə üzrə saytların reytinq cədvəlində son bir ay ərzində 80 pillə yüksələrək 51-ci olub. Belə ki, sentyabr ayı ərzində portala giriş sayı 332 130-a, səhifələrə ümumi baxış sayı isə 2 748 408-ə çatıb.
Qeyd edək ki, 2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır.Elektron dərslik portalında 22 dərslik yeniləndi



Elektron dərsliklər şagirdləri ağır çantalardan xilas edəcəkmi? — VİDEO
Yeni dərsliklər müzakirəyə çıxarıldı
Kitablar ƏDV-dən azad olunur - YENİ QƏRAR
IV-VIII sinifləri üçün dərsliklər YENİLƏNDİ
Orta məktəblərdə dərslik çatışmır? — Rəsmi cavab
Dərsliklərlə bağlı dəyişiklik olacaq
Təhsil Nazirliyi dərsliklərlə bağlı xarici şirkətlə əməkdaşlığa başladı
İş dəftəri problemi: Təhsil İnstitutundan açıqlama
Nəşriyyatlara dərsliklərlə bağlı tapşırıq verildi
MEK-ə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşri olan dərslik daxil olub
Baş Nazirdən dərsliklərlə bağlı MÜHÜM QƏRAR
Gündəmə çevrilən dərsliklə bağlı AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 