2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7 milyon 233 min 214 nüsxə dərslik və metodik vəsaitin çap edilməsi nəzərdə tutulur.
ONN media Təhsil Nazirliyinə istinadən xəbər verir ki, ümumi təhsil müəssisələrinin I, V və IX sinif şagirdləri üçün bəzi dərsliklər yenidən tərtib edilib, bəziləri isə təkmilləşdirilib.
Həmçinin növbəti tədris ilində birinci siniflər üçün Azərbaycan dili (tədris dili) və riyaziyyat fənləri üzrə dərsliklər iki hissəli nəşr ediləcək. Dərsliyin I hissəsi tədris ilinin birinci, II hissəsi isə ikinci yarısını əhatə edəcək.
I siniflər üçün musiqi və texnologiya, V siniflər üçün fiziki tərbiyə, rus dili (ikinci xarici dil) və ingilis dili (ikinci xarici dil) dərslikləri ilk dəfədir tərtib edilib. Əvvəllər bu dərsliklər mövcud deyildi və fənnin tədrisi müəllim üçün hazırlanan metodik vəsaitlər vasitəsilə həyata keçirilirdi.
I, V və IX siniflər üçün xarici dil fənni üzrə dərsliklərə müvafiq audio fayllar əlavə edilib. Audio fayllar həmçinin I sinif musiqi, V sinif “Azərbaycan dili (dövlət dili)” dərslikləri üçün də hazırlanıb.
Bu ildən etibarən I sinifdə təhsil alanlar üçün hazırlanan bütün dərsliklərin istifadə müddəti də dəyişdirilir. Belə ki, əvvəl bu dərsliklər üçün istifadəyə yararlılıq müddəti dörd tədris ili təyin olunurdusa, bu ildən etibarən bir tədris ili təyin olunacaq. Bu, həm də bəzi tapşırıqların şagirdlər tərəfindən dərslik üzərində həll edilməklə yerinə yetirilməsinə imkan yaradacaq



IV-VIII sinifləri üçün dərsliklər YENİLƏNDİ
Təhsil Nazirliyi: Orta məktəb dərslikləri yeni məzmunda hazırlanıb
Məktəblərdə dərsliklər paylanılır
Bu şagirdləri üçün yeni ehtiyat dərslikləri istifadəyə veriləcək
Məleykə Abbaszadə abituriyentlərə müraciət etdi
Bu fənlər üzrə dərsliklər 2 hissəli olacaq - YENİLİK
“Dərs vaxtı” proqramının sabah üçün dərs cədvəli açıqlandı
Bu gün neçə tələbə dərsə başlayıb?
Azərbaycanda ehtiyat dərsliklər hazırlanır
Dərsliklərin və təhsil sənədlərinin hazırlanması üçün tender elan edildi
Azərbaycanda tətil günləri MƏLUM OLDU
Məktəblərdə qiymətləndirmə bu qaydada aparılacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 