Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanlarının vaxtı açıqlanıb. Dövlət İmtahan Mərkəzindən ONN media-ya verilən məlumata görə, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 11 və 18 oktyabr tarixlərində keçiriləcək. İmtahanlar saat 10:00-da başlayacaq. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq 11 və 18 oktyabr tarixlərində saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır. Qeyd edək ki, sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında "Şəxsi kabinet"lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. "Şəxsi kabinet"də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. "Şəxsi kabinet" yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır. Sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlarda olan eyni test tapşırıqlarından istifadə ediləcək. Təkrar imtahanda iştirak etmək istəyənlərin nəzərə almasını xahiş edirik.
Dövlət qulluğuna hazırlaşanların diqqətinə



DİQQƏT- Sınaq imtahanı keçiriləcək
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ
Dövlət qulluğuna qəbul olunmaq istəyənlərin nəzərinə
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Doktorantura və dissertanturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
DİQQƏT: Sınaq imtahanlarına qeydiyyat davam edir
Dövlət qulluğunda işləmək istəyənlər DİQQƏTİNƏ!
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin diqqətinə
Növbəti sınaq imtahanı bu tarixdə keçiriləcək
Rezidenturaya qəbul üzrə sınaq imtahanı keçiriləcək
Dövlət qulluğunda işləmək istəyənlərin NƏZƏRİNƏ: imtahan başlayır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 