Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin test imtahanı mərhələsi üzrə təkrar elektron sınaq imtahanları keçiriləcək. Dövlət İmtahan Mərkəzindən ONN media-ya verilən məlumata görə, dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək. Sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 7 və 17 noyabr tarixlərində keçiriləcək. Bu imtahanlarda yeni test tapşırıqlarından istifadə olunacaq. İmtahanlar saat 10:00-da başlayacaq. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq 7 və 17 noyabr tarixlərində saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegComkeçidinə daxil olmaq lazımdır. Qeyd edək ki, sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır. Sınaq imtahanlarında hər qrup üzrə uyğun olaraq eyni test tapşırıqlarından istifadə ediləcək.
DİQQƏT- Sınaq imtahanı keçiriləcək



Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ
DİQQƏT: Qeydiyyat sabah başa çatır
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Dövlət qulluğuna qəbul olunmaq istəyənlərin nəzərinə
Dövlət qulluğuna hazırlaşanların diqqətinə
Növbəti sınaq imtahanı bu tarixdə keçiriləcək
DİQQƏT: Sınaq imtahanlarına qeydiyyat davam edir
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin diqqətinə
Növbəti sınaq imtahanı keçirilir
Dövlət qulluğunda işləmək istəyənlər DİQQƏTİNƏ!
Doktorantura və dissertanturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 