Geniş yayılan xəstəliklərdən olan quru göz sindromu ilə müraciət edənlər adətən gözlərin həssaslığının artması, daimi yanma hissi, gözlərin yaşarması və qaşınmasından şikayət edirlər. Sindromun yaranmasının əsas səbəbi gözyaşı ifrazının pozulması nəticəsində gözün buynuz qişasının get-gedə nazikləşməsi və bəzi xəstələrdə tamamilə itməsidir. Gözyaşı təbəqəsi nazikləşdiyindən və ya ümumiyyətlə, olmadığından gözün ən həssas təbəqəsi olan buynuz qişası açıq qalır. Nəticədə sinir ucları açıq qalır, qıcıqlanır, xəstələrin gözlərində həddindən artıq narahatlıq hissi olur, hava və su kimi xarici faktorların təsirindən gözlər yanır və yaşarır. ONN media bildirir ki, həkim-oftalmoloq Gültəkin Məmmədova quru göz sindromunun yaranma səbəbləri haqqında danışaraq deyib: "Xəstəliyin yaranma səbəblərindən biri dərmanların nəzarətsiz və uzunmüddətli istifadəsidir. Həmin preparatlara allergiya, ürək ritm pozulmaları, yüksək təzyiq və depressiya əleyhinə olan dərmanlar daxildir. Peroral kontraseptiv dərmanlar, xüsusən eyni kontraseptivin uzun illər boyu istifadə edilməsi gözdə quruluğun yaranmasına aparıb çıxarır.
Bundan başqa mühitin nəmliyini azaldan sərinkeş və istilik sistemləri, kompüter və televizora baxarkən fasilə verilməməsi, göz əzələlərində gərginliyin yaranması və göz qırpma hərəkətlərinin vaxtlı-vaxtında icra olunmaması, şəhər havası, tozlu mühit və siqaret tüstüsünün təsiri, kontakt linzalardan istifadə, qida rejiminin pozulması nəticəsində normal lipid qəbulunun azalması, yaşla əlaqədar gözyaşı vəzilərində sklerozun yaranması da quru göz sindromuna səbəb olur. Təsir nəticəsində xəstələrdə gözlərdə yanma, qaşınma və yad cisim hissiyyatı olur. Daha tez-tez rast gəlinən qızarma və keçici görmə pozulması simptomları bir neçə dəfə göz qırpmadan sonra keçib gedir. İlkin mərhələdə gözün kompensator reaksiyası olaraq gözyaşı vəziləri daha çox maye ifraz etməyə başlayır. Lakin onun tərkibinin keyfiyyətsizliyi göz quruluğunu aradan qaldırmaz. Xəstənin gigiyenik normalara riayət etməməsi və əllərini tez-tez gözlərinə vurması nəticəsində xəstələrdə konyuktivit əlamətləri də özünü göstərməyə başlayır". Həkim-oftalmoloq deyib: "Əlamətlərə əsasən xəstə özündə quru göz sindromunun olmasından şübhələnə bilər, lakin son diaqnozu yalnız onu müayinə edən həkim-oftalmoloq müəyyən testlərdən sonra qoyur. Həkim xəstənin gözlərindəki hiperemiyanın dərəcəsini qiymətləndirərək gözyaşı ifrazı və gözyaşı pərdəsinin stabilliyini yoxlayır, xüsusi rəngləmə üsulu ilə buynuz qişa və konyuktivanın zədələnmə dərəcəsini müəyyən edir. Xəstəliyin müalicəsində gündə bir neçə dəfə gözyaşı damcılarından istifadə gözyaşı pərdəsinin bərpasına kömək edir. Narahatlıq doğuran əlamətlərin çox qısa zamanda itməsi heç də xəstəliyin müalicə edilməsi demək deyil. Sindromun müalicəsi uzun müddət tələb edir və əvvəlcə onun yaranma səbəbi aradan qaldırılmalıdır. Səbəb xəstəlik olduqda onu müalicə etmək, hər hansı dərmanın tətbiqinin nəticəsi olduqda isə həmin dərmanın istifadəsi dayandırılmalıdır. Göz potensialından həddindən artıq istifadə edildikdə ona istirahət verilməlidir. Daimi olaraq vaxtlı-vaxtında gözyaşı damcılarından istifadə məsləhət görülür. Profilaktik olaraq antiseptik və aseptik damcıların istifadəsi də məqsədəuyğundur".(azertac)Quru göz sindromu nədir və necə müalicə olunur



Artıq bu xəstələr əməliyyat üçün XARİCƏ GETMƏYƏCƏK - Azərbaycanda İLK
Həkim kontakt linzaların səbəb ola biləcəyi təhlükələrdən danışdı
Göz sulanması və onun səbəbləri
Halluks valgus xəstəliyi nədir?
Orqanizmdə su çatışmadığını göstərən 9 əlamət – Çox xəstəliklərin səbəbi
Göz üçün faydalı qidaların siyahısı
Koronavirus gözə necə təsir edir?
Ağzınız quruyursa... 5 TƏHLÜKƏLİ SƏBƏB
Tərləməni və tər qoxusunu kəsən ƏN UCUZ VASİTƏ
Ayaqqabını corabsız geyinən kişilərə XƏBƏRDARLIQ
Gözlərinizin tez-tez qaşınmağının sənədi budur
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 