Beyləqan rayonunda daha bir qadın keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib. ONN media-ya daxil olan məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, Beyləqan Rayon Gigiyena və Epidemialogiya Mərkəzində işləyən Könül Bəhmənli adlı xanım rəsmi şəkildə boşandığı həyat yoldaşı tərəfindən elə iş yerində öldürülüb. Bir neçə bıçaq zərbəsi alan qadın yaxınlıqdakı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib. Yaralı xəstəxanaya çatdırılan zaman vəziyyəti ağır olsa da, sağ olub. Məlumata görə, qadının onun qətlə yetirən həyat yoldaşı ilə nikahından 10 yaşında bir övladı var. Beyləqan rayon Mərkəzi Xəstəxananın baş həkimi Əli Məmmədov faktı təsdiqləyib. Bildirib ki, hadisə bu gün səhər 11-12 radələrində baş verib və gənc qadın hadisə yerində dünyasını dəyişib: “Könül Bəhmən qızı Bəhmənli bir müddət əvvəl həyat yoldaşından boşanıb. Hətta boşanma prosesləri də problemli olub. Oğlan ailəyə, qadına narahatlıq verib həmişə. Məhkəmə prosesi zamanı qayınatasını bıçaqlayıb, məhkəmə salonuna girərkən. Bir müddət imiş ki, qızı da izləyirmiş öldürmək üçün. Xanım işdə olub, həyətə çıxan zaman bundan istifadə edərək hücum edib bıçaqlayıb. Öldürülən qadın 1994-cü il təvəllüdlüdür. Xəstəxanaya çatdırılan zaman artıq keçinmişdi”.
Azərbaycanda daha bir qadın cinayəti



Azərbaycanda ailə FACİƏSİ – Ər öldü, həyat yoldaşı isə...
Şabranda AĞIR QƏZA: Ər yaralandı, qadın isə...
Beyləqanda faciəvi hadisə - QADIN ÖLDÜ
Göyçayda qadın dünyasını dəyişdi
Azərbaycanda faciəvi hadisə - Qadın öldü, əri isə...
"OLA BİLMƏZ" DEYƏCƏYİNİZ OLAY:Qızının həyat yoldaşı ilə gizlicə evləndi və...
Azərbaycanda daha bir qadın cinayəti: 20 yaşlı arvadını bıçaqladı
Azərbaycanda baş həkim və yoldaşı koronavirusdan VƏFAT ETDİ
Bakıda DƏHŞƏTLİ OLAY - Kişi küçədə həyat yoldaşını öldürdü
DƏHŞƏTLİ HADİSƏ - Qadın öldü, əri isə...
Ağcabədidə 4 uşaq anası intihar edib
Dəhşət: döyülərək küçəyə atılan 18 yaşlı qız öldü - Təfərrüat
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 