Oktyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində dağıstanlı ustaların əl işlərindən ibarət sərgi və milli tikmə sənəti üzrə ustad dərsləri keçirildi. Tədbir Rusiya və Azərbaycanın Mədəniyyət nazirliklərinin birgə təşəbbüsü ilə reallaşan "Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" mövzusunda platforma çərçivəsində təşkil olunmuşdu. Nazirlikdən ONN media -ya verilən məlumata əsasən, aonaqlar zəngin sənətkarlıq sərgisi ilə maraqla tanış oldular. Ustad dərslərindən sonra Rusiyadan gəlmiş folklor kollektivlərinin ifasında konsert proqramı təqdim edildi. Konsertdə Başqırdıstanın Fayzi Qaskarov adına Dövlət Akademik Milli Rəqs Ansamblı, Komi Respublikasının “Qızıl əllər” ansamblı, Tambov vilayətinin “Domino” rəqs qrupu və Kemerovo şəhərindən Çıltıs Tannaqaşevanın xor kollektivi çıxış etdi. Kollektivlər dünya şöhrətli Azərbaycan müğənniləri, SSRİ xalq artistləri Rəşid Behbudov və Müslüm Maqomayevin repertuarından əsərləri səsləndirdilər. Bir-birindən maraqlı, rəngarəng ifalar tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Müxtəlif xalqların bir səhnədə təqdim etdiyi konsert proqramı bir daha sübut edirdi ki, multikultural dəyərlər dostluğa, qardaşlığa xidmət edir. Konsertin sonunda ifaçılar səmimi qarşılanmaya görə Azərbaycan tamaşaçılarına minnətdarlıqlarını bildirdilər.
Rusiya folklor kollektivlərinin konsert proqramı maraqla qarşılanıb



Metroda Novruz şənliyi keçirildi
"Dostlar Asimanda görüşür" adlı folklor rəqs festivalı keçirilib
Hərbçilərimiz festivalda birinci yeri qazandı
Ənənəvi Respublika Folklor Festivalına yekun vuruldu
İlham Əliyev və Mehriban Əliyeva Şuşada “Xarıbülbül” Festivalında
Horadizdə - “Ana Vətən”
10 ölkənin musiqiçiləri Şuşaya gedir
Şuşada “Xarıbülbül” festivalı başa çatdı
Dövlət Akademik Filarmoniyasının noyabr repertuarı
Xalq artisti Roza Cəlilovanın 90 illiyi qeyd ediləcək
İlham Əliyev və Mehriban Əliyeva Şuşada “Xarıbülbül” Festivalında - YENİLƏNİB
Zeynal Cabbarzadənin yaradıcılıq gecəsi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 