Mayın 17-də görkəmli rəqqasə, Xalq artisti, Prezident təqaüdçüsü Roza İsmayıl qızı Cəlilovanın 90 yaşı tamam olur. Mədəniyyət Nazirliyindən ONN media -ya verilən məlumata görə, mayın 17-də saat 19.00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Xalq artisti, Prezident təqaüdçüsü Roza Cəlilovanın 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir. Tədbirdə Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet artistləri, Bakı Xoreoqrafiya Akademiyası və “Xəzər” Universitetinin tələbələri, İran “Səhər” rəqs kollektivi, habelə “Asiman”, “Dəcəl qızlar”, “Azəri inciləri” gənc rəqs qrupları çıxış edəcəklər. Roza Cəlilova milli xoreoqrafiya sənəti tarixində peşəkar təhsil alan ilk azərbaycanlı rəqqasələrdən biridir. O, əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında başlamışdır. Qısa müddətdə öz məharəti ilə xalqın sevgi və rəğbətini qazanan Roza Cəlilova həmin ansamblın solisti olmuşdur. O, Azərbaycan xalq rəqslərinin mahir ifaçılarından birinə çevrilmiş, öz sənəti ilə böyük səhnə peşəkarlığına və fitri istedada malik olduğunu sübut etmişdir. Onun repertuarında milli rəqslərimizdən başqa ərəb, fars və bir sıra digər xalqların rəqsləri də yer tutmuşdur. Hər bir çıxışı tamaşaçı alqışları ilə qarşılanan sənətçi beynəlxalq festivalların laureatıdır. Rəqs sənətinin vurğunu olan görkəmli sənətkar dünyanın müxtəlif ölkələrində yüksək ifaçılıq məharəti ilə milli rəqs sənətimizi yerli tamaşaçılara sevdirə bilmiş və mədəniyyətimizin təbliğində özünəməxsus xidmətlər göstərmişdir. Roza Cəlilova istedadlı xoreoqraf kimi uzun illər ərzində Azərbaycanda keçirilən el şənlikləri, xalq bayramları və bir sıra dövlət tədbirlərinin iştirakçısı olmuş, kütləvi xalq rəqslərinə gözəl quruluşlar vermişdir. Milli mədəniyyətimiz sahəsindəki uğurlarına görə Roza Cəlilova 1959-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2007-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür.
Xalq artisti Roza Cəlilovanın 90 illiyi qeyd ediləcək



Azərbaycanın Xalq artisti vəfat etdi
Dövlət Akademik Filarmoniyasının noyabr repertuarı
Prezidentdən Roza Cəlilova ilə bağlı sərəncam
Azərbaycan mədəniyyətinə AĞIR İTKİ - FOTO
Dövlət Akademik Filarmoniyasının dekabr repertuarı
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Polad Bülbüloğlunun 75 illik yubileyi qeyd olunacaq
İlham Əliyev sərəncam imzaladı
Opera və Balet Teatrında “Qu gölü” baleti nümayiş olunacaq
Aysel Teymurzadənin yoldaşı saxlanılıb?
Hərbçilərimiz festivalda birinci yeri qazandı
Kamera və Orqan musiqisi zalının dekabr repertuarı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 