Tel Abyad mahal mərkəzi tamamilə YPG/PKK terrorçularından təmizlənib. ONN media xəbər verir ki, bu haqda Türkiyə Müdafiə Nazirliyinin məlumatında deyilir. Məlumata görə, uğurla həyata keçirilən əməliyyatlar nəticəsində Türkiyə ordusu və Suriya Milli Ordusu sərhədin 30-35 kilometr dərinliyinə qədər irəliləyərək strateji M-4 mağıstral yoluna nəzarəti təmin edib. Ümumilikdə, Tel Abyad ve Rasulayn mahallarına bağlı 42 kənd YPG/PKK terrorçularından təmizlənib. Prezident Rəcəb Tayyib Ərdoğan Tel Abyad və Rasulayndan sonra Ayn El-Arab ve Hasekenin təmizlənəcəyini bildirib. "Təxminən 30-35 kilometr bir dərinliyə enəcəyik. Bunları tamamladıqdan sonra hərəkat hədəfinə çatmış olacaq", - o deyib. Prezident hərəkat çərçivəsində indiyə kimi 490 terrorçunun zərərsizləşdirildiyini söyləyib. *** Suriya Milli Ordusunun tərkib hissələrindən olan “Həmzə alayı” xüsusi təyinatlı qüvvələri “Sülh çeşməsi” (Barış pınarı) əməliyyatı üçün Fəratın şərqinə döyüşçülər göndərməkdə davam edir. Bu gecə Rasulayna daha 500 əsgər göndərilib. “Fərat Qalxanı” hərəkatından sonra qurulan, “Zeytun budaqı” əməliyyatına da qatılan və tamamilə kürdlərdən ibarət olan “Kürd Şahinləri” YPG/PKK terror təşkilatı ilə döyüşmək üçün ağır silahların olduğu maşınlarla Fəratın şərqinə girib. “Kürd Şahinləri” olaraq Fəratın şərqinə gedirik. PKK-nın kürd qardaşlarımıza yaşatdığı zülmə son qoyacağıq. Oradakı qardaşlarımızın qoruyucusu PKK deyil, bizik”, - qrupun komandirlərindən biri deyib. Türkiyənin Müdafiə Nazirliyi “Sülh çeşməsi” çərçivəsində ötən gecə əməliyyatların quru və havadan uğurla davam etdirildiyini açıqlayıb. Məlumata görə, öldürülən terrorçuların sayı 480-ə çatıb. Terrorçular irəliləyən türk ordusunun qarşısında çarəsiz vəziyyətə düşüblər. Bunu YPG komandirlərindən birinin ağlamasından da aydın görmək olar.
SON DƏQİQƏ: strateji magistral ələ keçirildi, Ərdoğan əməliyyatın tamamlanacağı tarixi açıqladı



SON DƏQİQƏ: 2 kənd azad edildi, xüsusi təyinatlılar hərəkətə keçdi, türk ordusu...
“Əməliyyat belə başa çatacaq” – Ərdoğan planı açıqladı
Türk ordusu müharibəyə başlayır?
"Sülh çeşməsi"ndə mühüm uğur
SON DƏQİQƏ: Türkiyə ordusu Münbiç əməliyyatına başladı
"Hərəkata 15 min döyüşçü verməyə hazıram"- Suriya Milli Ordusu
Ərdoğan ABŞ-a səfər edəcək?
SON DƏQİQƏ: Türk ordusu Suriyaya girdi, 14 min əsgər...
Ərdoğan: "Türkiyə Suriyada yeni antiterror əməliyyatlarına hazırdır"
Suriya ordusu daha bir şəhəri ələ keçirdi
Terrorçuların Türkiyə-Suriya sərhədi ilə təması kəsildi
Türkiyə ordusu Afrində yeni cəbhə açdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 