"Doktor, bizim uşağımıza immunitetini gücləndirmək üçün müalicə yazın. Heç olmasa, vitaminlər filan təyin edin". Qəbuluma ilk dəfə gələn valideynlərin müraciətləri bu şəkildə olur. Mən o cür dərmanlar təyin etmirəm. Çünki bütün dünyada elə bir dərman yoxdur". E-tibb.az bildirir ki, bunu pediatr-infeksionist Həmid Hacıağayev açıqlayıb.
"Siz doğrudan da düşünürsünüz ki, immuniteti gücləndirən möcüzəvi dərman var, lakin həkim onu sizdən gizlədir? Yaxud həkimin heç o cür dərmandan xəbəri yoxdur? Vitaminlərə gəldikdə isə, onlar yalnız orqanizmdə az olduğu zaman təyin edilirlər. Bunu isə anamnezə (simptom və kliniki təzahürlərə) və laborator müayinələrin cavabına uyğun olaraq təyin edirik", deyə mütəxəssis bildirib. Pediatr qeyd edib ki, immunitet keçirilmiş yoluxucu xəstəliklərin fonunda əmələ gəlir: "Təbii ki, uşaq körpə ikən və xəstə uşaqlarla və ümumiyyətlə, insanlarla təmasda olmadığı müddətcə daha az xəstələnir. Bağça və məktəbə getməyə başlayandan sonra daha da çox xəstələnəcək. Və bu, normaldır". Mütəxəssis deyib ki, əgər övladınıza yardım etmək istəyirsinizsə bunlara əməl edin: 1. Onu sağlam qida ilə bəsləyin 2. Təmiz havada çox gəzdirin 3. Yuxu problemlərini aradan qaldırın 4. Fiziki aktivliyini (idman) artırın 5. Mənəvi rahatlığını təmin edin (yanında mübahisə etməyin). H. Hacıağayevin sözlərinə görə, immunitet uşağın əhval-ruhiyyəsindən və ailənin aurasından çox asılıdır. Ruhən rahat olan uşaqlar problemli ailələrin uşaqlarına nisbətdə daha sağlam olurlar: "Əgər uşağınızın "immunitetini gücləndirmək" adı ilə dərmanlar təyin edirlərsə, qəbuluna getdiyiniz insanın yaxşı həkim olub-olmadığını bir daha ağlınızdan keçirin".İmmuniteti gücləndirən dərman varmı? – Pediatrdan AÇIQLAMA



Bu qidalar immuniteti gücləndirir
“Virus infeksiyaları zamanı vitaminlərin gərəksiz qəbulu virusların ömrünü uzadır” - Həkim SİRRİ AÇDI
Yaxın gələcəkdə dərmanlar elektron reseptlə təyin ediləcək
Həkim immuniteti gücləndirməyə kömək edəcək - 6 SADƏ QAYDANI SADALADI
Nazirlik valideynlərə xəbərdarlıq etdi
Azərbaycanın yeni baş pediatrı təyin olundu
İmmuniteti gücləndirən təbii vasitələr
Xəbərdarlıq- Uşaqlara bu dərmanı verməyin
TƏBİB-dən bu şəxslərə XƏBƏRDARLIQ
Sağlam yaşamaq üçün mütləq oxuyun
Koronavirus əleyhinə dərmanlar effektivdir?
Kiçik yaşlı uşaqlarda ayaq əyrilikləri: Müalicəyə ehtiyac varmı?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 