Uşaqlarda öskürəklə müşayiət olunan soyuqdəymə xəstəlikləri artıb. Əsas səbəb mövsüm və havaların dəyişkən keçməsi ilə bağlıdır.
ONN media xəbər verir ki, bu barədə pediatr Vaqif Qarayev danışıb.
O bildirib ki, hər dəfə öskürək zamanı dərmanlardan istifadə etmək doğru deyil:
“Valideynlər telefonda, sosial şəbəkələrdə “mənə bir öskürək dərmanı deyin” deyə xahiş edirlər. Ya da apteklərdən özbaşına uşaq üçün öskürək dərmanı istəyirlər. Yolverilməzdir və heç bir halda düzgün deyil. Əksər hallarda öskürəyə heç bir dərman lazım deyil, çünki öskürək tədricən özü keçir.
Vəziyyət ciddidirsə, həkim baxışı olmadan virtual müalicə və əczaçının verdiyi dərmanla uşağı müalicə etmək düzgün deyil. Bu, uşağın vəziyyətini daha da ağırlaşdırır. Çünki həkim öskürəyin səbəbini öyrənərək dərman yazır. Apteklərdə isə ümumi öskürək dərmanı verilir və bu da heç bir təsir göstərmir”.
V.Qarayev vurğulayıb ki, son vaxtlar dəbdə olan inhalyasiya aparatından da özbaşına istifadə düzgün deyil:
“Valideynlər birdəfəlik bilməlidirlər ki, hər öskürəkdə dərman müalicəsi lazım olmadığı kimi, inhalyasiya aparatından istifadə, antibiotik qəbulu da yolverilməzdir”.



ÜST bu siroplarla bağlı xəbərdarlıq etdi
Həkimdən HƏYƏCAN TƏBİLİ: “Uşaqda öskürək dörd həftədən çox davam edərsə, mütləq yoxlanmalıdır”
Öskürəyi necə düzgün müalicə edə bilərik?
Uşağın hərarəti qalxarsa, bunu etməyin – Həkim
PEDİATRDAN XƏBƏRDARLIQ: "O cür öskürən uşaq xəstəxanada yatmalıdır"
Test vermədən özünü evdə müalicə etmək olmaz - Baş infeksionist
Korona xəstələrinə bu dərman lazımdır? – Həkim AÇIQLADI
Bu iki meyvəni uşaqlara verməyin - Həkimdən xəbərdarlıq
Bakıda yeni virus yayıldı- XƏBƏRDARLIQ
Koronavirusun 6 forması müəyyənləşdi - ƏLAMƏTLƏR
Baş infeksionistdən xəbərdarlıq: Uşaqlarda temperatur və qusma hallarının SƏBƏBLƏRİ
Öskürək və bəlğəmdən bu üsulla qurtulun
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 