Yeni tədris ilində Bakıdakı 10 məktəbin direktoru ilə (93, 25, 29, 70, 107, 221, 260, 301, 194 və 116) əmək münasibətlərinə xitam verilib. ONN media xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, 2019-2020-ci tədris ili ərəfəsində Təhsil Nazirliyi tərəfindən vəzifədə olmanın son yaş hədinə çatmış 27 direktorla (1, 10, 14, 20, 27, 52, 96, 122, 130, 135, 157, 160, 203, 204, 217, 223, 229, 239, 256, 264, 267, 269, 271, 278, 322, 103 və 268) müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb. BŞTİ müdiri qeyd edib ki, Təhsil Nazirliyindən daxil olmuş müvafiq əmrlərə əsasən, 2018-2019-cu tədris ilində və yeni dərs ili ərəfəsində 29 məktəbə (97, 38, 175, 212, 144, 248, 28, 150, 169, 184, 219, 220, 235, 250, 306, 293, 327, 301, 75, 90, 107, 128, 307, 162, 29, 260, 221, 26, 123) direktor vəzifəsinə yeni təyinat olub. O əlavə edib ki, həmin müddətdə 13 məktəb direktorunun iş yeri dəyişdirilib: "111 nəfər məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb; 4 direktorla (192, 71, 162, 123) bağlanmış əmək müqaviləsi (öz ərizəsi əsasında, işdə yol verdiyi nöqsanlarlara əlaqədar və s.) ləğv edilib". R.Tağıyev vurğulayıb ki, İdarənin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1572 işçidən 995 nəfərlə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib.
Bakıda 10 məktəb direktoru işdən çıxarıldı



Bakıda 4 məktəb direktoru işdən çıxarıldı, 111 direktor...
Bakıda 19 məktəb direktoru işdən çıxarılıb
Bakıda 33 məktəbə direktor təyin edildi
Bakıda məktəb direktoru işdən ÇIXARILDI
Bu gün məktəblərdə "Son zəng" çalınır
Bakıda işləyən müəllimlər nə qədər maaş alır?
Azərbaycan məktəblərində ilk zəng çalınıb
Bu gün neçə tələbə dərsə başlayıb?
Bu il Bakı məktəblərində təhsil alacaq şagirdlərin sayı açıqlanıb
Yeni tədris ilində I sinfə nə qədər şagird gedəcək?
Nazir bu xanıma YÜKSƏK VƏZİFƏ verdi
Bu gündən yeni dərs ili başlayır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 