Təhsil nazirinin 13 may 2019-cu il tarixli əmri ilə “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı” təsdiq edilib. Nazirlikdən ONN media-ya verilən məlumata görə, həmin Planda ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, məktəb-ailə münasibətlərinin təkmilləşdirilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunması istiqamətində bir sıra tapşırıqlar nəzərdə tutulur. Eyni zamanda, bu kimi hallarla bağlı nazirliyə məlumatların operativ olaraq verilməsi, həmin məlumatların qısa zamanda araşdırılması və təhlillər əsasında qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə cari ilin may ayından 146-2 xüsusi (fövqəladə) hallar üçün yeni “Qaynar xətt” xidməti fəaliyyətə başlayıb.
Bununla bağlı ölkənin bütün ümumi təhsil müəssisələrində məlumatlandırma xarakterli elan lövhələri yerləşdirilib. Təhsil Nazirliyi valideynlərin, məktəb rəhbərlərinin, həmçinin, geniş ictimaiyyətin diqqətinin bu məsələyə cəlb edilməsi məqsədilə #MənimləDanış sosial kampaniyasına start verir. Bununla bağlı hazırlanmış maarifləndirici sosial çarxı təqdim edirik:#MənimləDanış: Nazirlik yeni kampaniyaya start verdi - VİDEO



Tələbələrin təqaüdləri və qaydalar dəyişib
Agentlik "Son zəng"lə bağlı monitorinqlərə başladı
Bu gün Azərbaycan məktəblərində "Son zəng"dir
Ümumi təhsil müəssisələrində dezinfeksiya işləri genişləndirilib
Bu gün neçə tələbə dərsə başlayıb?
Koronovirusla bağlı orta məktəblərə göstəriş verildi- Məhdudlaşdırılır
Baş nazirdən təhsillə bağlı — MÜHÜM QƏRAR
Azərbaycanda bu imtahanların keçirilmə QAYDASI DƏYİŞDİ
Hava ilə əlaqədar yanvarın 17 və 18-də dərs olmayacaq - ƏMR VERİLDİ
Azərbaycanda yeni dərs ili BAŞLADI
Bakıda 5 müəllim və 1 uşaqda COVID-19 aşkarlandı
Məktəblərdə payız tətili başa çatır
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 