Baş nazir Əli Əsədov “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.
ONN media -ya Nazirlər Kabinetindən verilən məlumata görə, “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları” tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından, tipindən və növündən asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində ümumi təhsil pilləsində ümumi təhsili həyata keçirən təhsil müəssisələrində təhsilalanların yekun attestasiyasının aparılması qaydalarını müəyyən edir.
Bu Qaydalarda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının iki mərhələdə keçirilməsi nəzərdə tutulub.
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qüvvədə olduğu müddətdə, imtahan iştirakçılarının həyat və sağlamlıqlarının daha səmərəli qorunması, xəstəliklərin geniş yayılmasının qarşısının alınmasının təmin edilməsi buraxılış imtahanının bir mərhələdən ibarət olmaqla keçirilməsini zəruri edir.
Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul edilmiş Qərarı “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının artıq bir mərhələdən ibarət olmaqla keçirilməsinə dair dəyişikliyi nəzərdə tutur. Eyni zamanda Qərarda, buraxılış imtahanının bir mərhələdə keçirilməsi ilə əlaqədar, fənlər üzrə test tapşırıqlarının yeni sayı da əks olunmuşdur.



Bu tələbələrin biliyi yeni qayda ilə qiymətləndiriləcək
Xarici dildə təhsil alan şagirdlər nəzərinə - YENİ QƏRAR VERİLDİ
IX siniflər üzrə buraxılış imtahanlarının qaydaları açıqlandı
Pandemiya vaxtı şagirdlərə qiymətlər necə yazılacaq?
Azərbaycanda məktəblərdə məzunlara medal verilməsi LƏĞV OLUNDU
Təhsil sistemində daha bir yenilik edildi
Qəbul imtahanının modeli çap olunacaq
Nazirlər Kabineti qərar verdi
Tələbələrin təqaüdləri və qaydalar dəyişib
Baş nazirdən təhsillə bağlı — MÜHÜM QƏRAR
Buraxılış imtahanlarının vaxtı bəlli oldu
Gələn il keçiriləcək buraxılış imtahanlarının tarixləri
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 