Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim tərəfindən oktyabrın 11-də təşkil edilən məlum tədbirdə Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin iştirakı ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfinin narahatlığını ifadə edən rəsmi nota göndərilib. Azərbaycanın Rusiyadakı səfirliyindən ONN media -ya bildiriblər ki, notada separatçılığı açıq şəkildə dəstəkləyən Konstantin Zatulinin qeyd edilən tədbirdə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı səsləndirdiyi növbəti təxribat xarakterli bəyanatlarına və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında yüksək səviyyəli əməkdaşlığa xələl gətirən çıxışlarına Rusiya tərəfindən münasibətin bildirilməsi, həmçinin rusiyalı deputatın işğal altında olan ərazilərə hansı qisimdə səfər etməsi və sözügedən səfərin kimin tərəfindən maliyyələşdirilməsi ilə bağlı məlumatın dəqiqləşdirilməsi xahiş edilib. Bundan əlavə, notada Konstantin Zatulinin mütəmadi şəkildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın siyasi mövqeyinə zidd olan fikirlər irəli sürməsinə, tarixi faktları açıq şəkildə təhrif etməsinə, Ermənistanın apardığı işğalçılıq siyasətinə bəraət qazandırmaq cəhdlərinə müvafiq qiymətin verilməsinin vacibliyi vurğulanıb, onun bir deputat kimi öz sözlərinə və hərəkətlərinə görə məsuliyyət daşımalı olduğuna diqqət çəkilərək Rusiya XİN-dən lazımi tədbirlərin görülməsi rica edilib.
Azərbaycan Rusiyaya nota verdi



Azərbaycan Rusiyaya NOTA VERDİ
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycan XİN Rusiyaya NOTA VERDİ
Vitaliy Milonovun Azərbaycana girişi qadağan olundu
Azərbaycan Rusiyaya nota verdi
SON DƏQİQƏ: Azərbaycan Rusiyaya nota verdi
XİN rusiyalı jurnalistin adını “qara siyahı”dan çıxardı
Polşa Rusiyaya NOTA VERDİ
Rusiyalı diplomat XİN-ə ÇAĞIRILDI: "Növbəti təxribatçı addım..."
Azərbaycandan rus deputata SƏRT QADAĞA
Azərbaycan Fuad Abbasova görə Rusiyaya nota verdi
Azərbaycan Uruqvaya nota verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 