Azərbaycanın Argentinadakı səfirliyi Uruqvay Xarici İşlər Nazirliyinə rəsmi Bakının etiraz notasını təqdim edib. Xarici İşlər Nazirliyindən ONN media -ya verilən məlumata görə, kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin qondarma “xarici işlər naziri” Masis Mailyanın Uruqvaya getdiyi və orada “görüşlər” keçirdiyi barədə məlumatlar verilib. XİN bildirir ki, sözügedən şəxs Uruqvayda yaşayan erməni icmasının dəvəti ilə sözdə “erməni soyqırımı” tədbirlərində iştirak etmək üçün bu ölkəyə səfər edib: "Qanunsuz rejimin qondarma “nümayəndəsi” Uruqvay hökumətinin heç bir nümayəndəsi tərəfindən qəbul edilməyib. Uruqvay senatının sədri Lusia Topolanski ilə görüşə gəldikdə isə bildirmək istərdik ki, L.Topolanski Parlamentdə keçirilən qondarma “soyqırımı” tədbirində iştirak edib və tədbir zamanı Uruqvay erməni icmasının digər nümayəndələri ilə görüşdə M.Mailyan da iştirak edib. Eyni zamanda, məsələ ilə əlaqədar Azərbaycanın Argentinadakı səfirliyi Uruqvay Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfinin etirazını özündə əks etdirən nota təqdim edib. Uruqvay XİN-i cavabında bu məsələdə Uruqvay hökumətinin rəsmi mövqeyinin fundamental və dəyişilməz olduğunu vurğulayıb. Azərbaycan səfirinin ən qısa zamanda Uruqvay Xarici İşlər Nazirliyində görüşünün keçirilməsi nəzərdə tutulub".
Azərbaycan Uruqvaya nota verdi



Qarabağ separatçısı ABŞ-dan Moskvaya gəldi
ABŞ nəşri Ermənistanın hərbi cinayətlərindən yazdı
Azərbaycan Bolqarıstana nota verdi
Bakı bu ölkəyə nota verir - XİN
Azərbaycandan Avstraliyaya etiraz NOTASI
Erməni nazir Qarabağa gəlir
Azərbaycan ABŞ-a nota verəcək - XİN
Artur Davtyan Qarabağa qanunsuz səfər etdi
Gürcüstan XİN Dağlıq Qarabağ separatçılarının Tbilisidə sərgi açmasını pislədi
Makron xüsusi nümayəndəsini İrəvana göndərdi
Azərbaycandan Fransaya NOTA
Belçika deputatları Qarabağa qanunsuz səfər etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 