Məktəblərdə neqativ hallar hələ də davam etməkdədir. Bir insan başqalarının yanında qaydaları pozursa, qarşısındakına "qaydalara əməl et" tələbini qoya bilməz.
ONN media bildirir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib. Nazir müavini qeyd edib ki, neqativ halların olması təhsilə utanc gətirən vəziyyət yaradır: "Bəlkə də bu gün məktəblərdə keyfiyyət göstəricilərinin aşağı olmasının əsas səbəblərindən biri bu neqativ hallardır. Bu barədə nə qədər danışmaq olar? İnsanlara daha necə mesaj vermək lazımdır? Təhsil naziri Ceyhun Bayramov müəllimlərin sentyabr konfransında da açıqladı ki, neçə direktorun işi hüquq-mühafizə orqanlarına göndərilib. Hələ də işi məhkəmələrdə olan bir neçə məktəb direktoru var. Bu neqativlər təkcə təhsili yox, dövləti də vurur. Çünki başqa sahələrdə işləyən və neqativ hallara yol verən şəxsləri də məktəb yetişdirir. Bu gün cəmiyyətdə korrupsiya hallarını görürüksə, burada təhsilin də günahı var. Dünyada texnologiya sürətlə inkişaf edir və bu yeniliklər özünü birbaşa təhsildə biruzə verir. Amma biz bütün bunları qoyub hələ də neqativ hallarla mübarizə aparırıq".Məktəblərdə neqativ hallar hələ də davam etməkdədir — Nazir müavini



Nazir məktəblərdəki neqativ hallara münasibət bildirdi
Yeni ildə məktəblərdə neçə gün tətil olacaq? – Açıqlama
Yeni il bayramında məktəblərdə neçə gün tətil olacaq?
Bu şəxslərin maaşı artırılır
Məktəblərdə yoluxma ilə bağlı son vəziyyət açıqlandı
10 məktəb direktoru işdən azad edilib
Təhsil nazirinin müavini işdən niyə çıxarılıb? - SƏBƏB AÇIQLANDI
Son zəng üçün saat məhdudiyyəti qoyuldu
Təhsil nazirinin yeni təlimatları
Bu gün məktəblərdə koronavirusa yoluxanların SAYI AÇIQLANDI
Bu şəxslər iş yerlərinin dəyişdirilməsi üçün müsabiqədə iştirak edə bilməz
Nazir yeni ŞURA YARATDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 