Ölkəmizdə səfərdə olan Türkiyənin Hakimlər və Prokurorlar Şurasının Birinci Dairə rəhbəri Halil Koçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə oktyabrın 16-da Ədliyyə Nazirliyində görüş keçirilib. Ədliyyə nazirinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərov görüşdə dost və qardaş ölkələrimizin bütün sahələrdə səmərəli əməkdaşlığını, bu əlaqələrin qurulmasında və inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətlərini, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ikitərəfli münasibətlərin möhkəmləndirilməsində mühüm rolunu qeyd edib, dövlət başçılarının iştirakı ilə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə toxunaraq dövlətlərimizin bir-birinə dəstəyini vurğulayıb. Nazirlikdən ONN media -ya verilən məlumata görə, A.Cəfərov ölkələrimizin hüquqi sahədə uğurla əməkdaş etdiyini, ədliyyə orqanlarının, o cümlədən Ədliyyə akademiyalarının səmərəli qarşılıqlı fəaliyyətini qeyd edib, Azərbaycanda məhkəmə-hüquq sistemində aparılan islahatlardan bəhs edərək məhkəmə hakimiyyətinin müstəqil özünü idarə orqanı olan Məhkəmə-Hüquq Şurasının səmərəli fəaliyyəti və Şuranın səlahiyyətlərinin daim artırılması barədə məlumat verib. Həmçinin, hakimlərin Avropada ən şəffaf seçiminə və tədrisinə toxunularaq həyata keçirilən tədbirlərdə türkiyəli mütəxəssislərin yaxından iştirakı, Türkiyə Ədliyyə Akademiyasının dəstəyi ilə bütün hakimliyə namizədlərin qardaş ölkədə yarım aylıq təcrübə keçmələri məmnunluqla qeyd olunub. Türkiyə və Azərbaycanın dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyən Halil Koç Türk Şurasının Zirvə Görüşünün keçirildiyi dövrə təsadüf edən hazırkı səfərin məqsədinin türkdilli ölkələrin hüquq şuralarının bir araya gələrək əlaqələri canlandırmaq olduğunu vurğulayıb, Türkiyənin Hakimlər və Prokurorlar Şurasının fəaliyyəti haqqında məlumat verib. Söhbət zamanı əməkdaşlığa dair və digər məsələlər barədə faydalı fikir mübadiləsi aparılıb, ədliyyə fəaliyyəti ilə bağlı maraq doğuran suallar ətraflı cavablandırılıb, Azərbaycanın məhkəmə-hüquq sahəsindəki nailiyyətlərinin təqdirəlayiq olduğu vurğulanaraq qarşılıqlı fəaliyyətin genişləndirilməsinə niyyət ifadə olunub. Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.
Azərbaycan və Türkiyə hüquqi sahədə səmərəli əməkdaşlıq edir



Kamran Əliyev Türkiyəyə rəsmi səfər etdi
Türk Şurasının VII Zirvə Görüşü başa çatdı
Nazir bir sıra beynəlxalq görüşlər keçirdi
Türkiyənin ədliyyə naziri Azərbaycana gəlib
Azərbaycan və Latviya Ədliyyə nazirlikləri səmərəli əməkdaşlıq edir
Nazarbayevin bu əlaqələrdə xidmətləri var – İlham Əliyev
Ədliyyə Nazirliyində CISCO şirkətinin nümayəndə heyəti ilə görüş
Belarus Vəkillər Kollegiyasının sədri ilə Ədliyyə Nazirliyində görüş
İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşdü
Prezident İlham Əliyev Türkiyə parlamentinin sədrini qəbul edib - YENİLƏNİB
Baş Prokurorluq Türkiyə ilə Anlaşma Memorandumu imzaladı
Türkiyənin Ədliyyə naziri Fikrət Məmmədova zəng etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 