Ədliyyə nazirinin müavini Toğrul Musayev Azərbaycanda səfərdə olan Belarus Respublikası Vəkillər Kollegiyasının sədri, ölkə parlamentinin üzvü Viktor Çayçits ilə görüşüb.
Nazirlikdən ONN media -ya verilən məlumata görə, dövlətlərimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir müavini bu əlaqələrin inkişafında Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun xüsusi rolunu vurğulayıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin beynəlxalq hüquq çərçivəsində həllində Belarus dövlətinin hər zaman ədalətli və prinsipial mövqe nümayiş etdirdiyini bildirib.
Həmçinin, ötən il Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair yeni Sazişin imzalanmasının, yüksək səviyyədə səfərlərin və nümayəndə heyətlərinin mübadiləsinin hüquqi sahədə qarşılıqlı fəaliyyətə mühüm töhfə verdiyi vurğulanıb, vəkillik təsisatının islahatından bəhs edilib, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı dövlət başçısının 2018-ci il 22 fevral tarixli Sərəncamının xüsusi əhəmiyyəti qeyd olunub.
Azərbaycana səfərindən məmnunluğunu bildirən qonaq xalqlarımız arasında əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb, vətəndaşların hüquqlarının qorunmasına xidmət edən Vəkillər kollegiyaları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib. V.Çayçits vəkillik institutunun inkişafı üzrə görülən tədbirlərə maraq göstərərək bu sahədə Azərbaycan təcrübəsindən istifadə etmək barədə niyyətini ifadə edib.
Görüşdə səfər zamanı iki qurum arasında sənədin imzalanmasının qarşılıqlı fəaliyyətin inkişafına təkan verəcəyi bildirilib, vəkilliyin inkişafı, vəkillərin seçim proseduru və Ədliyyə Akademiyasında təlimi, əhaliyə keyfiyyətli hüquqi yardımın göstərilməsi ilə bağlı faydalı fikir və təcrübə mübadiləsi aparılıb.
Tədbirdə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov iştirak edib.
Qonaqlar nazirlikdə bu il 100 illiyi qeyd olunan Azərbaycan Ədliyyəsinin tarixi muzeyi ilə tanış olublar.



Azərbaycan və Belarus Ədliyyə nazirlikləri səmərəli əməkdaşlıq edir
Azərbaycan və Türkiyə hüquqi sahədə səmərəli əməkdaşlıq edir
Zakir Həsənov Andrey Ravkovla görüşdü
Nazir bir sıra beynəlxalq görüşlər keçirdi
Azərbaycan və Latviya Ədliyyə nazirlikləri səmərəli əməkdaşlıq edir
Azərbaycanla Belarus arasında hərbi əməkdaşlığa dair PLAN İMZALANDI
Notariat sahəsində islahatlara beynəlxalq maraq artır
Zakir Həsənov Viktor Xrenin ilə görüşdü
Azərbaycan və Latviya arasında hüquqi əməkdaşlıq genişlənir
İlham Əliyev Lukaşenkoya zəng etdi
Əlcəzair ilə ilk dövlətlərarası müqavilə imzalanıb
İlham Əliyev Belarus baş nazirinin müavini ilə görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 